ABŞ-dan Türkiyə ilə bağlı terror xəbərdarlığı

© AFP 2023 / ADEM ALTANТурецкие полицейские у посольства США в Анкаре
Турецкие полицейские у посольства США в Анкаре - Sputnik Azərbaycan
Abunə olmaq
Səfirlik: "Terrorçular, böyük ehtimalla ticarət mərkəzləri və Qərb ölkələrinin vətəndaşlarının getdikləri restoran və kafeləri hədəf alacaqlar"

BAKI, 22 sen — Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi Gaziantep şəhərində, xüsusən əcnəbilərin üstünlük verdiyi ticarət mərkəzləri və obyektlərdə terror hücumunun ola biləcəyi barədə xəbərdarlıq yayıb. Sputnik hurriyet-ə istinadla xəbər verir ki, səfirliyin ABŞ vətəndaşlarına xitabən yayımladığı mesajda Gaziantepdə bir "terror hüceyrəsi" ilə bağlı polisin istintaq apardığı qeyd edilib.

"Bu məlumat terrorçuların, böyük ehtimalla ticarət mərkəzləri və Qərb ölkələrinin vətəndaşlarının getdikləri restoran və kafeləri hədəf alacağına işarə edir", — xəbərdarlıqda vurğulanır.

Səfirlik Gaziantepdəki ABŞ vətəndaşlarına bu tip müəssisələrə gedərkən diqqətli olmalarını, mümkünsə getməmələrini tövsiyə edib. ABŞ səfirliyi hücumları hansı terror təşkilatının reallaşdıra biləcəyindən şübhələndiyini qeyd etməyib.

Xəbər lenti
0