09:39 25 Fevral 2018
Canlı yayım
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşüb

Ərdoğandan ABŞ-a PYD şərti

© REUTERS/ Kayhan Ozer
DÜNYA
Qısa URL
12801

Türkiyə prezidenti bu terror təşkilatının Suriyada qatıldığı heç bir əməliyyatda Türkiyənin iştirak etməyəcəyini bəyan edib

BAKI, 22 sen — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyası çərçivəsində ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşüb. Sputnik Trt Haber-ə istinadən xəbər verir ki, görüşdə Fətullah Gülən şəbəkəsi ilə mübarizədə Amerika Birləşmiş Ştatları ilə görüləcək işlər və Suriya müharibəsi müzakirə olunub.

İki saata yaxın davam edən, mətbuata bağlı Ərdoğan-Bayden görüşündə xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybekçi, enerji və təbii qaynaqlar naziri Berat Albayrak, Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan da iştirak edib.

Ədliyyə naziri Bəkir Bozdağ Baydenə Fətullah Gülənlə əlaqəli yeni qovluqlar verib. Öz növbəsində Bayden, Gülənlə bağlı işlərin aparıldığını deyərək, Türkiyə-ABŞ strateji əlaqələrinin əhəmiyyətinə toxunub və türk xalqının demokratik təşkilatlara və qanunun aliliyinə olan bağlılığını yüksək qiymətləndirib.

"Fərat Qalxanı" əməliyyatına da toxunan ABŞ-ın vitse-prezidenti, PKK terror təşkilatının Türkiyə Təhlükəsizlik Qüvvələri və vətəndaşlarına hücumunu qınayıb. Ərdoğan isə öz növbəsində YPG və onun siyasi davamçısı PYD-ni terrorçu olaraq gördüklərini və bu təşkilatların Suriyada qatıldığı əməliyyatlara Türkiyənin daxil olmayacağını vurğulayıb.

Əlaqədar

Ərdoğan: Suriyada Aİ və NATO-nun məqbul saydığı layihəni həyata keçiririk
Ərdoğan Obamanın xahişini yerə salmadı
Vladimir Putin Ərdoğan barədə maraqlı ifadələr işlətdi
Ərdoğandan ABŞ-a: "Bizi aldatmağa çalışmayın"
Ərdoğan Putinə zəng edib
Ərdoğan Suriya əməliyyatlarından danışdı: "Artıq yetər!"
Teqlər:
Co Bayden, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, ABŞ, görüş

Əsas mövzular