14:05 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652

Merkel erası qüruba doğru

DÜNYA
Qısa URL
4301

Ekspertlər hesab edirlər ki, Sosial Demokratların "Solçular" və "Yaşıllar"la birləşməsi daha realdır

Merkel erası qüruba doğru
BAKI, 21 sen — Sputnik. Almaniyanın hakim Sosial Demokratlar Partiyası və Xristian Demokrat İttifaqı Berlin parlamentindəki əksəriyyəti itirir. Sputnik-in məlumatına görə, "Deutschе Welle" yazır ki, Almaniya kansleri Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı öz tarixi ərzində ən pis nəticəni göstərib.
Angela Merkel
© Sputnik / Aleksey Vitvitsky

Seçkilər Berlində ötən bazar günü keçirilib. Parlamentdəki 130 yerə 21 partiya nümayəndələri iddia edib.

İndi Merkelin partiyası Berlin parlamentinin 39 yerinə sahibdir. Onlar, əvvəlki seçkilərdə 46 yer tutan Sosial Demokratlar Partiyası ilə əsas qərarlar qəbul edə bilən koalisiya yaradıblar.

İlkin məlumatlara əsasən, cari seçkilərdə Sosial Demokratlar Partiyası yenə səs çoxluğu qazanıb (21,6%). Xristian Demokrat İttifaqı isə 17,6% səs toplayaraq tərəfdaşlarının təşəbbüsünü dəstəkləyə bilməyib. Bu göstərici Xristian Demokrat İttifaqının tarixində ən pis göstərici olub.

Bundan başqa, parlamentə 15,6% səslə "Solçular", 15,2% səslə "Yaşıllar"; 14,2% səslə "Almaniya Alternativi" və 6,7% səslə Azad Demokratlar Partiyası keçib.

Ekspertlərin fikrincə, Sosial Demokratlar Partiyası yeni koalisiya yaratmalı olacaq, lakin Xristian Demokrat İttifaqının mandatları buna bəs etməyəcək. Sosial Demokratların "Solçular" və "Yaşıllar"la birləşməsi ekspertlər üçün daha real görünür.

Onlar həmçinin, sağçı "Almaniya Alternativi" partiyasının uğurunu qeyd edirlər. Partiya öz sərt anti-immiqrant siyasəti ilə seçicilərin diqqətini çəkməyi bacarıb. Onlar ilk dəfə kansler partiyasının səslərini qazanaraq Berlin parlamentinə keçə biliblər.

Əlaqədar

Prezident İlham Əliyev Angela Merkelə başsağlığı verib
Angela Merkel dönərçi oldu
Merkeldən Rusiya etirafı: Qərb Cənubi Qafqazdan çəkilir?
Angela Merkel: Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynayır
Angela Merkel İlham Əliyevlə görüşmək qərarına gəlib
Merkel: "Ərdoğana açıq şəkildə dedim ki..."
Teqlər:
Xristian Demokrat İttifaqı, Sosial Demokratlar Partiyası, Berlin, seçki, parlament, Almaniya

Əsas mövzular