08:32 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
4101

"Türkiyənin güclü demokratiyasına və böyüyən iqtisadiyyatına sərmayə qoyun"

BAKI, 21 sen — Sputnik. ABŞ-ın məşhur "The New York Tayms" qəzetində Türkiyədəki 15 iyul dövlət çevrilişi barədə elan dərc olunub. "Türkiyənin güclü demokratiyasına və böyüyən iqtisadiyyatına sərmayə qoyun" başlıqlı elan, Türk-Amerikan İş Adamları Dərnəyi tərəfindən verilib.

Sputnik "Yeni Şafak" qəzetinə istinadən xəbər verir ki, bir səhifəlik elanda, 15 iyul gecəsi Türkiyə demokratiyasının təcavüzə məruz qaldığı, xalqın iradəsinin xəyanətkar qrup tərəfindən ələ keçirilməyə cəhd göstərildiyi bildirilir.

Qəzetdə qanlı çevriliş cəhdinin arxasında Fətullah Gülən şəbəkəsinin dayandığı qeyd olunur. Çevriliş cəhdindən sonra Türkiyə iqtisadiyyatının əvvəlkindən daha sabit və güclü olduğu bildirilən elanda, iş adamlarına Türkiyəyə sərmayə qoymaq çağırışı edilir.

Əlaqədar

Kritik Türkiyə - ABŞ danışıqları başlayır
Türkiyə ABŞ-dan Fətullah Gülənin həbsini tələb etdi
Türkiyə ABŞ-ın İncirlikdəki hərbi bazasını bağladı
ABŞ Türkiyə ilə bağlı radikal addım atacaq
ABŞ kəşfiyyatının şefindən qorxulu Türkiyə açıqlaması
Teqlər:
15 iyul dövlət çevrilişi, "The New York Tayms", sərmayə, Türkiyə, ABŞ

Əsas mövzular