02:31 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
801

Spiker: Fövqəladə vəziyyətlərə uyğun bir sığınacağımız yoxdur.

BAKI, 20 sen — Sputnik. Türkiyə Böyük Millət Məclisində yeni sığınacaq tikiləcək.

Sputnik Türkiyənin Karar qəzetinə istinadən xəbər verir ki, bu barədə parlamentin sədri İsmail Kahraman məlumat verib.

"Fövqəladə vəziyyətlərə uyğun bir sığınacaq yoxdur. Əvvəllər sığınacaq üçün bir yer ayrılmışdı. 15 iyul gecəsi oranın yetərli olmadığını gördük. Ona görə də günümüzün tələblərinə, mülki müdafiənin şərtlərinə, normalarına uyğun olaraq bir sığınacaq tikəcəyik", — deyə İ.Kahraman vurğulayıb.

Xatırladaq ki, bu il iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı TBMM-in binası bombalanmışdı.

Əlaqədar

TBMM havadan atəşə tutulub
TBMM-in sədri Azərbaycana gəlir
TBMM-nin 26-cı sədri İsmət Yılmaz oldu
TBMM sədrinin seçkisində AKP və CHP-nin namizədləri 4-cü tura keçiblər
Teqlər:
Türkiyə Böyük Millət Məclisi, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman

Əsas mövzular