İsrail səfiri NATO-nun baş katibinə etimadnaməsini təqdim etdi

© Photo : haber.sol.org.trİsrail səfiri NATO-nun baş katibinə etimadnaməsini təqdim etdi
İsrail səfiri NATO-nun baş katibinə etimadnaməsini təqdim etdi - Sputnik Azərbaycan
Abunə olmaq
Diplomat daimi təmsilçiliyin açılmasının ölkəsinə verilən böyük önəm olduğunu bildirib

BAKI, 20 sen — Sputnik. Türkiyənin icazə verməsindən sonra İsrail NATO-nun Brüsseldə yerləşən Baş Qərargahında daimi nümayəndəlik açıb. Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, nümayəndəliyin rəhbəri vəzifəsinə İsrailin Avropa İttifaqındakı səfiri Aharon Leşno-Yaar təyin olunub.

Səfir NATO-nun baş katibi Yens Stoltenberq-ə etimadnaməsini təqdim edib. Xəbərə görə, İsrail dövlətinin səfiri daimi təmsilçiliyin açılmasının ölkəsinə verilən böyük önəm olduğunu bildirib.

Xatırladaq ki, İsrail uzun illərdir NATO-da daimi nümayəndəlik açmaq istəyirdi. Lakin Türkiyə buna veto qoyurdu. Rəsmi Ankara bu vetonu qaldırdıqdan sonra İsrailin NATO-da daimi nümayəndəliyi açılıb.

Xəbər lenti
0