18:25 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
903 0 0

Məşhur aktyor keçmiş sevgilisinin ölümündə günahlandırılır

BAKI, 20 sen — Sputnik. Dünyaca məşhur Hollivud ulduzu Cim Kerri, keçmiş rəfiqəsi Ketrion Uaytı ölümə təşviq etməkdə günahlandırılır. Sputnik informing-ə istinadən xəbər verir ki, mərhumun keçmiş əri Berton məşhur aktyorla bağlı məhkəməyə şikayət edib.

O iddia edib ki, aktyor sabiq sevgilisini, artıq doza nəticəsində həyatını itirdiyi, güclü təsirə malik psixotrop preparatlara alışdırıb. Bertonun verdiyi məlumata görə, Cim Kerri qanunsuz olaraq "Artur Kinq" adlı preparatı əldə edib və onu Ketriona verib.

Söhbət həm də həkim nəzarəti altında qəbul edilməli olan "Perkoset", "Ambien" və "Propranolol"dan gedir. Berton əmindir ki, Kerri qızın depressiv vəziyyətdə olduğunu və özünə qəsd etməyə hazırlaşdığını bilirdi. Bunu bilə-bilə qızı psixotrop maddələrlə təchiz edirdi.

Kerri isə öz şərəfini qoruyacağını və heç kəsə artıq dünyasını dəyişmiş sevimli qadınının adı ilə alver etməyə imkan verməyəcəyini bəyan edib.

Xatırladaq ki, Ketrion Uayt və Cim Kerri 2012-ci ildə bir neçə ay görüşüblər. 2015-ci ilin mayında isə onlar əlaqələrini bərpa ediblər. 2015-ci ilin sentyabrında, komik aktyorla ayrılan Uayt böyük dozada həb qəbul edərək intihar edib.

Əlaqədar

Cənub gömrüyündə narkotik əməliyyatı
Nazirlik əməkdaşında narkotik və silah aşkarlandı
"Ot qismində qəbul olunan narkotik maddələrə görə "miqdar limitini" götürmək lazımdır"
Millət vəkili narkotik maddədən istifadəni leqallaşdırmağı təklif edir
"Uzun müddətdir, İrandan Azərbaycana narkotik daşınır"
Dabandan narkotik çıxdı
Teqlər:
"Artur Kinq", Berton, Ketrion Uayt, Cim Kerri, psixotrop maddə, Hollivud, narkotik

Əsas mövzular