17:48 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
4610

ABŞ Federal Ehtiyat Sisteminin iki bazartənzimləyici bankından güclü faiz artımı açıqlaması gəldi

BAKI, 20 sen — Sputnik. ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu həftə uçot dərəcəsi ilə bağlı verəcəyi qərardan öncə, FED-in bazartənzimləyici təşkilatları arasında fikir ayrılığı meydana çıxıb. Ki, bu cür durum çox nadir hallarda baş verir.

Sputnik bloomberght-ə istinadla xəbər verir ki, FED ilə istiqraz əməliyyatları aparma səlahiyyətinə malik olan 23 təşkilatdan ikisi — "Barclays Plc" və "BNP Paribas SA" FED-in çərşənbə günü faiz artımına gedəcəyi fikrini müdafiə edib və istiqraz bazarının əks istiqamətində dayanıb. Belə ki, ilk dəfə birdən çox bazartənzimləyici təşkilat FED-in toplantısından əvvəl ortaq görüşün əksinə gedib.

"BNP Paribas SA"nın Nyu-York ofisindən təcrübəli iqtisadçı Laura Rosner deyib ki, statistik göstəricilərdə hər zaman qeyri-müəyyənliklər olacaq: "Mükəmməl bir zaman yoxdur. Son doqquz ayda görülən və FED-in faiz qərarını gecikdirən səbəblərin çoxluğuna baxmayaraq, işlə təmin olunma halları artıb bu vəziyyətin nəzərə alınacağını düşünürük".

"Barclays Plc"nin qocaman iqtisadçısı Rob Martin də faiz artımını gözlədiklərini söyləyib: "Biz dəli deyilik. Bu günə qədər ilk dəfə fikir ayrılığına gedirik. Sentyabr ayında faiz artımı ilə bağlı mövqeyimizi müdafiə edirik. FED rəhbəri və müavininin "Jackson Hole"da söylədiklərini nəzərə alırıq".

Əlaqədar

FED-in qərarı Azərbaycan Mərkəzi Bankı üçün gözlənilməz olub
FED: Bu il uçot dərəcəsi bir dəfə artırılacaq
"FED uçot dərəcəsini artırmasa belə, dollar ucuzlaşmayacaq"
FED uçot dərəcəsini artıracaq
FED-in qərarı manatın dollara nisbətən güclənməsinə səbəb olacaq
Teqlər:
faiz artımı, uçot dərəcəsi, Federal Ehtiyat Sistemi, FED, ABŞ

Əsas mövzular