01:38 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Edvard Snouden
© AP Photo / Charles Platiau

Məşhur agent gizli şifrələrindən danışdı

DÜNYA
Qısa URL
291 0 0

Edvard Snouden məsləhət verir: hakerlərdən necə qorunmalı?

BAKI, 19 sen — Sputnik. ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, ABŞ və Böyük Britaniya hökumətinin üst-gizli kütləvi nəzarət proqramlarının detallarını mətbuatla paylaşan kompüter mütəxəssisi Edvard Snouden, qlobal izlənmə və hakerlərdən qorunmaq üçün bir neçə məsləhət verib. Sputnik xəbər verir ki, Hollivud rejissoru Oliver Stounun lentə aldığı "Snouden" filminin ABŞ-ın bir neçə şəhərində xüsusi nümayişindən sonra rejissor, baş rollarda çəkilən aktyorlar və Edvard Snouden özü interaktiv video-konfransda iştirak edib.

Edvardın hələ agent işləmədiyi vaxtdan iki ölkə haqqındakı gizli məlumatları ifşa etdiyi zamana qədərki məqamları əks etdirən filmin bir neçə epizodunda aktyor Jozef Qordon-Levitt özünü izlənmədən qorumaq üçün noutbuk kameralarını lentlə bağlayır. Filmin digər səhnələrində isə aktyor eyni məqsədlə tibbi lentdən istifadə edir.

Filmin nümayişindən sonra Snoudenə şəxsi məlumatların qorunması ilə bağlı sual verirlər. Və o, bir neçə məsləhət verir: "Bu, çox sadədir. Əgər siz lentdən istifadə edirsinizsə, bu, sizin kompüterə zərər vermir. Əgər kameradan istifadə etmək lazımdırsa, sadəcə lenti açın".

O, həmçinin bir neçə internet saytı üçün müxtəlif şifrələrdən istifadə etməyi məsləhət görüb. Çünki oğurlanmış bir şifrə e-mail ünvanı istifadə edilməklə bir sıra digər şəbəkələrin ələ keçirilməsi üçün istifadə oluna bilər.

Telefon dinləmələrinin qarşısını almaq üçün isə o, kodlaşdırma proqlamlarından istifadə etməyi məsləhət görüb: "Zənglər üçün siz şifrələnmiş rabitə proqramlarından istifadə edə bilərsiz. Onları pulsuz da yükləmək olar".

Edvard Snouden, həmçinin anti-virus və reklamdan müdafiə edən proqramlardan istifadə etməyi məsləhət görüb: "Lakin bunlar sizi hakerlərdən müdafiə etsə də, gizli xidmətlərdən qorumayacaq. Bu, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə qarşı kömək etmir. Əgər siz bu agentliyin cəsusluğunu dayandırmaq istəyirsinizsə, edə biləcəyiniz ən yaxşı iş siyasi prosesdir. Bu, prezident seçkiləri kampaniyasında eşitdiklərimiz deyil. Konstitusiya və qanun haqqında heç kim danışmır".

Filmin rejissoru Oliver Stoun da öz növbəsində kompüterinin kamerasını bağladığını bildirib.

Qeyd edək ki, ekran əsərində Snoudeni aktyor Jozef Qordon-Levitt, onun rəfiqəsini isə aktrisa Şeynlin Vudli canlandırıb. "Siyasi triller" janrlı filmin premyerası sentyabrın 16-da gerçəkləşib.

Əlaqədar

Ay səni Snouden!
Casus printerlər evlərinizdə və iş yerlərinizdə dolaşır
İŞİD-in haker qrupu "Rəvan Sığorta"nın saytını dağıdıb
Məşhur haker qrupunu Azərbaycanla nə bağlayır?
"Amrahbank": haker hücumları bankın işinə təsir etməyib
Teqlər:
casus, Milli Təhlükəsizlik Agentliyi, Edvard Snouden, agent, haker, Böyük Britaniya, ABŞ

Əsas mövzular