Bu qadın 62 yaşında 3-cü dəfə ana olacaq

© AzərtacLina Alvares - 62 yaşlı ispan qadın hamilədir
Lina Alvares - 62 yaşlı ispan qadın hamilədir - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın jurnalistlərə deyib ki, özünü əla hiss edir.

BAKI, 18 sen-Sputnik. Bu qadının 62 yaşı var və o, ana olmağa hazırlaşır.

Sputnik ispan mediasına istinadla xəbər verir ki, İspaniyanın Luqo şəhərində yaşayan həkim, 62 yaşlı Lina Alvares hamilədir.

Qadın jurnalistlərə verdiyi açıqlamada özünü əla hiss etdiyini deyib. Lina Alvaresin artıq iki övladı var. Böyük oğlunun 27, kiçiyinin isə 10 yaşı var.

Doğulacaq körpənin qız olacağı artıq məlumdur. Lina Alvares qızına elə öz adını qoyacağını bildirib.

Həkimlərin sözlərinə görə, qadının vəziyyəti normaldır və o, körpəsini sağlam bir şəkildə dünyaya gətirmək iqtidarındadır.

Tibbdə bu yaşda qadınların hamilə olması nadir hadisə sayılır.

Xəbər lenti
0