09:04 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin aparıldığı daha bir ərazidə tarixi qalıqlar aşkarlanıb

TANAP-ın keçdiyi ərazidə tarixi abidə tapıldı

© Foto : haberturk.com
DÜNYA
Qısa URL
103 0 0

Bundan öncə TANAP-ın keçdiyi Ankara şəhərinin Gölbaşı rayonunun Dikilitaş məhəlləsində tuneldə qazıntılar aparılarkən Roma İmperiyası dövrünə aid yeraltı otaqlar aşkar olunub.

BAKI, 17 sen — Sputnik. Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin aparıldığı daha bir ərazidə tarixi qalıqlar aşkarlanıb.

Sputnik "Habertürk" xəbər portalına istinadən xəbər verir ki, Muğla şəhərinin Milas rayonundakı Yeniköy və Kemerköy istilik stansiyalarını kömürlə təchiz edən sahədə aparılan qazıntı işləri zamanı Tunc Dövrünə aid xeyli sayda abidə tapılıb.

Qeyd edək ki, bundan öncə TANAP-ın keçdiyi Ankara şəhərinin Gölbaşı rayonunun Dikilitaş məhəlləsində tuneldə qazıntılar aparılarkən Roma İmperiyası dövrünə aid yeraltı otaqlar aşkar olunub.

TANAP layihəsi üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 

Əsas mövzular