"Avakov erası" başa çatır

© Igor Chekachkov / Mediabanka keçidArsen Avakov
Arsen Avakov - Sputnik Azərbaycan
Abunə olmaq
Ukraynanın Baş prokuroru ölkənin erməni əsilli daxili işlər nazirinə qarşı cinayət işi qaldırıb

"Avakov erası" başa çatır
BAKI, 15 sen — Sputnik. Ukraynanın baş prokuroru Yuri Lutsenko ölkənin daxili işlər naziri, erməni əsilli Arsen Avakova qarşı cinayət işinin başlandığını bildirib. Sputnik xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Mən cənab Şabunin (Ukrayna Korrupsiyaya Müqavimət Mərkəzinin Başçısı Vitaliy Şabunin — red.) də daxil olmaqla, hər gün onlarla insandan məktub alıram. Siz inanmayacaqsınız, məhz Şabuninin məktubu əsasında, DİN rəhbəri Avakova qarşı cinayət işi başlanılıb", — deyə "Sol sahil" proqramının efirində Lutsenko bildirib.

"Çünki qanun qarşısında hamı eynidir. Ukraynanın Baş Prokurorluğuna edilən müraciətlər eyni prossesual statusa malikdir", — o vurğulayıb. Bununla yanaşı, Lutsenko cinayət işinin hansı maddə ilə qaldırıldığını dəqiqləşdirməyib.

Avakovun adı fevral ayındakı qalmaqalda hallanıb. "YouTube"da DİN əməkaşları üçün çantaların alınmasına dair danışıq aparan Aleksandr Avakova (DİN rəhbərinin oğlu) və Sergey Çebotıryaya (Avakovun müavini) bənzəyən şəxslərin videosu yayılmışdı. "Azadlıq radiosu" burada söhbətin korrupsiyadan getdiyini ehtimal etmişdi. Belə ki, videoya əsasən, DİN çantaları saxta şirkətdən ala bilərdi.

Jurnalistlərin məlumatına görə, naməlum səhifə sahibi tərəfindən yüklənən video dövlət satınalmaları üzrə məsuliyyət daşıyan Çebotıryanın kabinetində gizli kamera ilə çəkilib. Söhbətdən anlaşılır ki, Avakovun oğluna bənzəyən insan DİN-ə böyük həcmdə çanta gətirmək istəyir, əslində isə bu proses açıq tender yolu ilə baş tutmalıdır.

Videodakı dialoq 2014-cü ilin dekabr ayına aiddir. 2015-ci ilin fevralında isə DİN həqiqətən 16,5 milyon qrivenlik (630 min dollar) çanta alıb.

Михаил Саакашвили и Арсен Аваков - Sputnik Azərbaycan
Arsen Avakov Mixael Saakaşvilini məhkəməyə verib

Baş prokurorun sözlərinə görə, Arsen Avakov Donbasda separatçılarla mübarizə aparan təhlükəsizlik qüvvələrinin döyüşçüləri üçün alınmış geyim və digər ləvazimatların qiymətlərini şişirdərək dövlət vəsaitini mənimsəyib və qanunsuz qazanc əldə edib. Avakov isə öz növbəsində Baş prokurorun ittihamlarını rədd edərək tender prosedurunun şəffaf keçdiyini bildirib.

Anti-Korrupsiya Bürosunun tədqiqatları da göstərib ki, alınmış altı min çantanın qiyməti şişirdilib, tender qalibləri isə DİN başçısının sabiq müavininin müdaxiləsi ilə seçilib. Bu azmış kimi, alınan mallar anbarlara tam həcmdə daxil olmayıb.

Qeyd edək ki, son günlər Ukraynada yaşayan azərbaycanlıların təzyiqlərə və həbslərə məruz qalması, oğurlanması, obyektlərinin yandırılması halları barədə də xəbərlərin sayı durmadan artır. Bütün bunların axrasında Arsen Borisoviç Avakovun dayandığını iddia edənlər də var.

Xatırladaq ki, Ukraynanın DİN rəhbəri Arsen Borisoviç Avakov 1964-cü il yanvarın 2-də Bakının Binəqədi rayonunda (keçmiş Kirov rayonunun Kirov qəsəbəsində) hərbçi ailəsində anadan olub. 1966-cı ildən Ukraynada yaşayır.

Xəbər lenti
0