ABŞ İncirlik bazasını qorumağın yolunu axtarır

© AFP 2023İncirlik Hərbi Hava Bazası
İncirlik Hərbi Hava Bazası - Sputnik Azərbaycan
Abunə olmaq
Vaşinqtonda "Bazaları qorumaq: çevriliş cəhdindən sonra Türkiyədəki Amerika hərbi birliklərini yenidən qiymətləndirmək" adlı panel təşkil edilib.

BAKI, 13 sen — Sputnik. ABŞ-ın Avropa Komandanlığının (EUCOM) sabiq komandiri general Filipp Breedlove Suriyada yaşananların Türkiyənin həyati dərəcədəki strateji əhəmiyyətini bir daha hər kəsə göstərdiyini söyləyib.

Sputnik “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Vaşinqtonda "Bazaları qorumaq: çevriliş cəhdindən sonra Türkiyədəki Amerika hərbi birliklərini yenidən qiymətləndirmək" adlı panel təşkil edilib. Paneldə Türkiyənin İncirlik bazasının əhəmiyyəti və gələcəyi ilə bağlı müzakirələr aparılıb. 

Filipp Breedlove paneldə çıxışı zamanı Türkiyənin xüsusilə Suriyadakı dərin problemlər səbəbindən özünü təhlükəsizlik baxımından çətin bir mövqedə tapdığını vurğulayıb. 

İncirlik aviabazası - Sputnik Azərbaycan
TƏHLİL
Türkiyə İncirlik aviabazasını rusların ixtiyarına verərsə...

Suriyada baş verənlər Türkiyənin həyati dərəcədəki strateji əhəmiyyətini hamımıza bir daha göstərdi deyən Amerikalı general Türkiyə ilə ABŞ arasındakı hərbi əlaqələrin əhəmiyyətinə toxunub. O, bu çərçivədə İncirlik bazasının ABŞ üçün hələ imtina edilməz olduğuna diqqəti çəkib.

Breedlove İncirlik bazasına alternativlərin olmasının Türkiyə üçün çox da pis bir vəziyyət olmadığını dilə gətirib. Yenə də hər vəziyyətdə İncirlik bazasının çox əhəmiyyətli olduğunu izah edən sabiq general deyib ki, bununla birlikdə Diyarbakır hərbi bazası da həyati əhəmiyyətə sahibdir. Bir çox axtarış xilasetmə fəaliyyətimizi buradan həyata keçirilir. 

İncirlik Hərbi Hava Bazası - Sputnik Azərbaycan
"ABŞ İncirlik bazasını boşaltmalıdır"

ABŞ-ın sabiq Ankara səfiri Eric Edelman geostrateji baxımdan Türkiyənin əhəmiyyətinə işarə edərək, bir NATO və ABŞ müttəfiqi özəlliyi ilə Türkiyənin əhəmiyyətinin müzakirəsiz olduğunu ifadə edib. 

Edelman İncirlik hərbi bazası ilə əlaqədar qiymətləndirməsində Türkiyə xaricində bəzi yaxın ölkələrin də yeni bazalar üçün alternativ ola biləcəyi fikirini söyləyib. Sabiq səfir FETÖ-nün 15 iyulda çevriliş cəhdinə də toxunub.

Xəbər lenti
0