PKK-nın canlı bombası İstanbulda həbs edildi

© REUTERS / Murad SezerAtatürk hava limanı
Atatürk hava limanı - Sputnik Azərbaycan
Abunə olmaq
"Amara" ləqəbli terrorçu təyyarədən düşdüyü an polis onu həbs edib. Ebru Qıratın PKK liderlərindən olan Murat Karayılanla fotoları mətbuatda da yayılıb.

BAKI, 8 sen — Sputnik. İstanbulun Atatürk Beynəlxalq Hava Limanında polisin keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının tanınmış üzvlərindən olan qadın silahlı tutulub. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, Milli Kəşfiyyat Agentliyi, Ebru Qırat adlı terrorçunun hava limanına gələcəyini öncədən bilirmiş.

Məlumata görə, "Amara" ləqəbli terrorçu təyyarədən düşdüyü an polis onu həbs edib. Ebru Qıratın PKK liderlərindən olan Murat Karayılanla fotoları mətbuatda da yayılıb. Hazırda qadın terrorçu istintaqa cəlb edilib.

© Photo : milliyet.com.trЭбру Фырат
Эбру Фырат - Sputnik Azərbaycan
Эбру Фырат

Xəbər lenti
0