"Gülən əməliyyatı" çərçivəsində daha 85 nəfər saxlanıldı

© AP Photo / Emrah GurelTürk polisi
Türk polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Onlardan 6-sı general, 43-ü müxtəlif rütbəli zabit, 32-si çavuş, 4-ü isə mülki vətəndaşdır

BAKI, 8 sen — Sputnik. İstanbulun 15 rayonunda Fətullah Gülən şəbəkəsinə qarşı keçirilən əməliyyat çərçivəsində 6-sı general olmaqla, 85 nəfər həbs edilib. Sputnik Türkiyə NTV-nə istinadən xəbər verir ki, onlar İstanbul prokurorluğunun sanksiyasına əsasən tutulublar.

Məlumata görə, həbs olunanlardan 6-sı general, 43-ü müxtəlif rütbəli zabit, 32-si çavuş, 4-ü isə mülki vətəndaşdır.

Xəbər lenti
0