Türk ordusu daha 12 PKK-çını məhv edib

© Photo : sabah.com.trTürk ordusu daha 12 PKK-çını məhv edib
Türk ordusu daha 12 PKK-çını məhv edib - Sputnik Azərbaycan
Abunə olmaq
Qırıcılar səhər saatlarında terrorçuların bir çox mövqelərini bombaladıqdan sonra hərbi bazaya geri dönüb

BAKI, 7 sen — Sputnik. Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda PKK terrorçularının sığındığı yerlərə havadan endirilən zərbələr nəticəsində 12 terrorçu zərərsizləşdirilib. Sputnik Sabah-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Xəbərə görə, orduya aid qırıcılar səhər saatlarında terrorçuların bir çox mövqelərini bombalayıb. Hava əməliyyatından sonra qırıcılar hərbi bazaya geri dönüb.

Xəbər lenti
0