09:36 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
8101

Məhəmməd Salah ibn Tahar: "İranlı zəvvarların Afrika və Avropa İttifaqı dövlətləri, ABŞ, Avstraliya və Yeni Zelandiya vasitəsi ilə krallığa gəlməsi mümkündür"

BAKI, 6 sen — Sputnik. "Səudiyyə Ərəbistanı həcc ziyarətinə gəlmək istəyən İran vətəndaşlarına ancaq bir şərtlə viza verəcək. Onlar krallığa ancaq üçüncü ölkələr vasitəsilə gələ bilərlər".

Məkkə, Minə dağı
saifuddinlakda.wordpress.com

Sputnik Haberturk-ə istinadən xəbər verir ki, bunu Səudyyə Ərəbistanının həcc işləri üzrə naziri Məhəmməd Salah ibn Tahar deyib. Onun sözlərinə görə, iranlı zəvvarların Afrika və Avropa İttifaqı dövlətləri, ABŞ, Avstraliya və Yeni Zelandiya vasitəsi ilə krallığa gəlməsi mümkündür: "Səudiyyə Ərəbistanı dünyanın bütün millətlərindən olan insanları ziyarətdə görməkdən məmnundur".

Qeyd edək ki, ötən il sentyabrın 12-də Məkkədə ziyarət zamanı baş verən hadisə nəticəsində minə yaxın zəvvar ölüb. Ölənlərin çoxu İran vətəndaşları olub. Bundan sonra rəsmi Tehran krallığı təhlükəsizliyə əməl etməməkdə ittiham etdib. Ancaq həmin hadisənin törədilməsində İranın əli olduğu haqda da fikirlər səsələnir.

2016-cı ilin aprelində İranla krallıq arasında zəvvarlara vizanın verilməsi istiqamətində aparılan danışıqlar uğursuzluqla başa çatımışdı.

Xatırladaq ki, Həcc ziyarəti sentyabrın 11-də başlayacaq.

Əlaqədar

AZAL Həcc ziyarətinə gedənlərə vəd verdi
Həcc ziyarətində üçüncü azərbaycanlı zəvvar vəfat edib
Türkiyə Həcc ziyarətinin təşkilati işlərini ona verməyi təklif edir
Həcc ziyarəti zamanı növbəti faciə baş verib
Nazir atası: Dörd dəfə Həccdə olan adam kimi qurban kəsmək borcumdur
Teqlər:
şərt, ziyarət, zəvvar, İran, Həcc ziyarəti, Səudiyyə Ərəbistanı

Əsas mövzular