Obama onu söyən prezidentlə görüşməyəcək

© REUTERS / Soe Zeya TunFilippin prezidenti Rodriqo Duterte
Filippin prezidenti Rodriqo Duterte - Sputnik Azərbaycan
Abunə olmaq
Rodriqo Duterte bu gün Laosta keçiriləcək Cənub-şərqi Asiya Millətləri Birliyi zirvəsinə gedərkən verdiyi açıqlamada Obamanı ağır sözlərlə təhqir edib

BAKI, 6 sen — Sputnik. ABŞ predzidenti Barak Obama Filippin prezidenti Rodriqo Duterte ilə bu gün keçirəcəyi görüşü ləğv edib. Sputnik Trt-yə istinadən xəbər verir ki, Rodriqo Duterte bu gün Laosta keçiriləcək Cənub-şərqi Asiya Millətləri Birliyi zirvəsinə gedərkən verdiyi açıqlamada Obamanı ağır sözlərlə təhqir edib.

Ağ Ev Dutertenin sözlərinə cavab verərək bildirib ki, prezident Obama Filippinin Dövlət başçısı Duterte ilə görüşməyəcək. Obama bu görüş əvəzinə Cənubi Koreya prezidenti Park ilə bir araya gələcək.

Filippin prezidenti narkotik maddə ilə mübarizədə heç kəsin onu tənqid edə bilməyəcəyini bildirərək, ABŞ və Obamanı ağır sözlərlə təhqir etmişdi.

Xəbər lenti
0