11:23 14 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Türkiyənin baş naziri Binəli Yıldırım. Arxiv şəkli

Terror Türkiyəyə 10 milyard zərər vurub

© REUTERS / Umit Bektas
DÜNYA
Qısa URL
11 0 0

Binəli Yıldırım: "Əhaliyə və təsərrüfata dəyən zərərlərin tam aradan qaldırılması üçün azı 3 il vaxt lazımdır"

BAKI, 2 sen — Sputnik. Türkiyədə davam edən terror aktları nəticəsində ölkəyə ümumilikdə 10 milyard türk lirəsi məbləğində zərər dəyib. AZƏRTAC-ın Türkiyə bürosunun məlumatına görə, bu barədə baş nazir Binəli Yıldırım açıqlama verib.

Rəhbərlik etdiyi hökumətin fəaliyyətinin 100-cü gününün tamam olması ilə əlaqədar Çankaya köşkündə keçirdiyi müşavirədə məruzə ilə çıxış edən Binəli Yıldırım diqqətə çatdırıb ki, terrorçuların yaşayış məntəqələrində qazdıqları xəndəklərin yaratdığı, həmçinin partlayışlar nəticəsində əhaliyə və təsərrüfata dəyən zərərlərin tam aradan qaldırılması üçün azı 3 il vaxt lazımdır.

Baş nazir, eyni zamanda ölkədəki aqrar siyasətin istiqamətləri, işsızliyin aradan qaldırılması, həyata keçirilən sosial və iqtisadi layihələr barədə də geniş məlumat verib.

Əlaqədar

Türkiyə Silahlı Qüvvələri 25 terrorçunu məhv edib
Türkiyənin başı terrordan açılmır
Ərdoğan PKK-nın terror aktlarının arxasında FETÖ-nun durduğunu deyib
Türkiyədə bir gündə üçüncü terror: 4 ölü, 7 yaralı var
Türkiyədə növbəti dəhşətli terror aktı
Türkiyədə terror baş verib
Teqlər:
Çankaya Köşkü, Binəli Yıldırım, zərər, Türkiyə, terror

Əsas mövzular