Gecəyarısı dəhşətli iniltiyə oyanan kişi gördüyündən şoka düşdü

© Photo : PUBLIC DOMAINHindistanlı doberman həyatı bahasına sahiblərini zəhərli kobralardan xilas edib
Hindistanlı doberman həyatı bahasına sahiblərini zəhərli kobralardan xilas edib - Sputnik Azərbaycan
Abunə olmaq
Öz həyatı bahasına ailəni qoruyan doberman insanlara, sözün həqiqi mənasında dərs keçib

BAKI, 1 sent — Sputnik. Doberman cinsindən olan ev iti Hindistanın Sebekapur əyalətində böyük şərəf və təmtəraqla dəfn edilib. Çünki o, üzvü olduğu ailəni zəhərli kobraların hücumundan xilas edib. Həm də öz həyatı bahasına.

© Photo : PUBLIC DOMAINHindistanlı doberman həyatı bahasına sahiblərini zəhərli kobralardan xilas edib
Hindistanlı doberman həyatı bahasına sahiblərini zəhərli kobralardan xilas edib - Sputnik Azərbaycan
Hindistanlı doberman həyatı bahasına sahiblərini zəhərli kobralardan xilas edib

Bu it özünün yeni sahibinin evində cəmi bir neçə ay yaşayıb. Bir dəfə ailə gecəyarısı yüksək it səsinə və tükürpərdən iniltiyə oyanıb. Yaxşı bir şey baş vermədiyini hiss edən dobermanın sahibi həyətə qaçıb. O, öz itinin bir neçə kobra ilə gərgin mübarizə apardığını görüb.

© Photo : PUBLIC DOMAINGecə səs-küyə oyanan ev sahibləri itin evə hücum çəkmiş bir neçə kobra ilə mübarizə apardığının şahidi olurlar
Gecə səs-küyə oyanan ev sahibləri itin evə hücum çəkmiş bir neçə kobra ilə mübarizə apardığının şahidi olurlar - Sputnik Azərbaycan
Gecə səs-küyə oyanan ev sahibləri itin evə hücum çəkmiş bir neçə kobra ilə mübarizə apardığının şahidi olurlar

İt ilanlarla apardığı amansız mübarizə nəticəsində onların evə hücumunun qarşısını alıb. Düşmən məğlub olub, amma bir neçə saniyədən sonra zəhər öz işini görüb. Cəsur Doberman yerə yıxılıb. Sən demə, döyüşdə ilanlar onu sancıb, amma bu cəsur heyvan onlara təslim olmayıb, sonadək mübarizə apararaq "ilan ordusu"nu məhv edib.

© Photo : PUBLIC DOMAINKöpək ilanların evə girməsinə imkan verməsə də, bu, ona canı bahasına başa gəlir
Köpək ilanların evə girməsinə imkan verməsə də, bu, ona canı bahasına başa gəlir - Sputnik Azərbaycan
Köpək ilanların evə girməsinə imkan verməsə də, bu, ona canı bahasına başa gəlir

İti heç nə xilas edə bilməyib. O, özünün son dəqiqələrini sevdiyi və qoruduğu insanlarla keçirib.

© Photo : PUBLIC DOMAINO, ömrünü sevdiyi və sadiq olduğu insanlara qurban verməklə başa vurdu
O, ömrünü sevdiyi və sadiq olduğu insanlara qurban verməklə başa vurdu - Sputnik Azərbaycan
O, ömrünü sevdiyi və sadiq olduğu insanlara qurban verməklə başa vurdu

"Mən şokda idim. O, bizim üçün öz həyatını qurban verib. Onun əziz xatirəsi daim bizim yaddaşımızda olacaq", — deyə dobermanın sahibi Raita Dibakar bildirib.

© Photo : PUBLIC DOMAINİtin sahibi: "O, bizə görə özünü qurban verdi. O, daima xatirələrmizdə yaşayacaq"
İtin sahibi: O, bizə görə özünü qurban verdi. O, daima xatirələrmizdə yaşayacaq - Sputnik Azərbaycan
İtin sahibi: "O, bizə görə özünü qurban verdi. O, daima xatirələrmizdə yaşayacaq"

Qəhrəmanın dəfninə bütün kənd toplaşıb. Bu inanılmaz hərəkət yalnız alqışa layiqdir. İtlər insanların əsl dostlarıdır. Məhz onlar insanlara sədaqətli olmağı, cəsurluğu və təmənnasız sevgini öyrədirlər.

Xəbər lenti
0