Təhlükəli virus şərqə tərəf yayılmağa başlayıb

© Photo : Wallace Woon/EPAMalayziyada "Zika" virusuna ilk yoluxma halı baş verib
Malayziyada Zika virusuna ilk yoluxma halı baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Sinqapurda "Zika" virusuna yoluxmuş insanların sayı 115 nəfərə çatıb

BAKI, 1 sen — Sputnik. Malayziyada "Zika" virusuna ilk yoluxma halı baş verib. Xəstə qadının bir ay əvvəl Sinqapura getdiyi bildirilir. Sputnik "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə Malayziya Səhiyyə Nazirliyindən bildiriblər.

Virus - Sputnik Azərbaycan
ABŞ-ı təhlükəli virus təhdid edir

Bundan əlavə, onun Sinqapurda olan qızında da virus testi müsbət nəticələnib. Son məlumatlara görə, Sinqapurda "Zika" virusuna yoluxmuş insanların sayı 115 nəfərə çatıb. Sinqapur Səhiyyə Nazirliyi virusa yoluxma üzrə yeni halların aşkarlanacağını gözləyir.

"Zika" virusu meymunlarda müşahidə edilən kəskin yoluxucu xəstəlikdir. O, bəzən ağcaqanadlar vasitəsilə insana da keçir. Virusun əsas əlamətləri yüksək qızdırma, baş ağrısı, gözlərdə qızarma, qusma, səpmə, əzələ və oynaq ağrıları daxildir. Virus hamilə qadınlar üçün daha çox təhlükəli sayılır. Belə ki, o, hələ doğulmamış körpənin beynində kiçilmə və fəsadlara, hətta ölümə belə yol aça bilər.

Xəbər lenti
0