11:17 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
36 0 0

Angela Merkel: "Avropa İttifaqı ölkələri öz sərhədləri xaricindəki qaçqın böhranına göz yumub. Biz problemə lazımi qaydada yanaşmadıq"

BAKI, 31 avq — Sputnik. "Almaniya və digər Avropa İttifaqı ölkələri öz sərhədləri xaricindəki qaçqın böhranına göz yumub". Sputnik Express-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel "Sueddeutsche Zeitung" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, miqrasiya böhranını araşdırmaq üçün Almaniya və AB-yə səbir və dözüm lazımdır: "Bizim gördüyümüz, amma üzərində çalışmadığımız siyasi məsələlər var. Almaniyada uzun müddət bu problemə məhəl qoymadıq və məsələnin ümumavropa həllinin tapılmasını blokladıq".

Kansler bildirib ki, Yaxın Şərq və Asiya sərhədlərindən 1 milyondan artıq qaçqın qəbul edən Almaniya İspaniya və digər Avropa İttifaqı ölkələrindəki böhranı həmin dövlətlərin öhdəsinə buraxıb: "Beləliklə, biz qaçqınların proporsional bölgüsünü rədd etdik".

"Almaniya Avropa sərhəd agentliyi "Fronteks" modelini dəstəkləməyib. Qaçqın problemi uzunmüddətli olacaq. Biz problemə lazımi qaydada yanaşmadıq", — deyə Merkel etiraf edib.

Əlaqədar

Niderland da Avropa Birliyindən çıxmağa hazırlaşır
Avropa İslamın qarşısındadır, yoxsa yanında?
Avropa İttifaqından PKK açıqlaması
Ərdoğanın fransız qəzetinə dedikləri Avropanı narahat edib
Ərdoğan Avropaya vaxt qoydu
Türkiyə Avropa İttifaqına oktyabra qədər vaxt verdi
Teqlər:
Angela Merkel, miqrant, qaçqın, Avropa İttifaqı, Almaniya

Əsas mövzular