Ankara: Türkiyənin addımlarına dair ABŞ-ın bəyanatları yolverilməzdir

© REUTERS / Murad SezerYavuz Sultan Səlim körpüsünün açılış mərasimi. İstanbul, 26 avqust 2016-cı il
Yavuz Sultan Səlim körpüsünün açılış mərasimi. İstanbul, 26 avqust 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ hakimiyyəti Türkiyə ordusunun Suriyadakı kürd silahlı dəstələrinə zərbələr endirməsini pisləyərək, diqqətini daha çox İŞİD-lə mübarizəyə yönəltməyə çağırıb.

BAKI, 30 avq — Sputnik. Ankara Türkiyənin Suriyada keçirdiyi “Ərəfat qalxanı” əməliyyatına dair Ağ Ev nümayəndəsinin tənqidi bəyanatını yolverilməz adlandırıb və bu mövqeyini ABŞ-ın ölkədəki səfirinə çatdırıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə TÜrkiyə XİN-in mətbuat katibi Tanju Bilqiç bildirib.

Qeyd edək ki, ABŞ hakimiyyəti Türkiyə ordusunun Suriyadakı kürd silahlı dəstələrinə zərbələr endirməsini pisləyərək, diqqətini daha çox İŞİD-lə mübarizəyə yönəltməyə çağırıb.  

ABŞ prezidentinin müşaviri Ben Rods bildirib ki, Barak Obama türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğanla sentyabrın 4-də baş tutacaq görüşdə Türkiyənin Suriyaya müdaxiləsini və Suriyanın “demokratik qüvvələrinə” qarşı addımlarının tənqid etmək niyyətindədir.   

“Bu cür bəyanatlar yolverilməzdir və Ankara-Vaşinqton müttəfiq münasibətlərinə uyğun deyil. Əməliyyat, Türkiyənin milli təhlükəsizliyinə yönəlmiş təhdidlər aradan qaldırılanadək, davam etdiriləcək. ABŞ-la razılaşmamıza əsasən, Suriyadakı kürd silahlı dəstələrinin Ərəfatdan şərqə doğru çəkilməsini gözləyirik”, — deyə Tanju Bilqiçin yazılı bəyanatında bildirilir. 

Xəbər lenti
0