Pentaqondan "Fırat Kalkanı" açıqlaması

© Photo : defense.govPentaqon sözçüsü Peter Kuk
Pentaqon sözçüsü Peter Kuk - Sputnik Azərbaycan
Abunə olmaq
Peter Kuk: "Cerablus İŞİD silahlılarından təmizlənib. PYD Fərat çayının şərq tərəfinə qayıdıb"

BAKI, 26 avq — Sputnik. Birləşmiş Ştatların Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin başlatdığı hərbi əməliyyat nəticəsində Cerablusun İŞİD-dən geri alınmasının terror təşkilata ciddi zərbə vurduğunu deyib.

Sputnik Haberler.com-a istinadən xəbər verir ki, Pentaqon sözçüsü Peter Kuk jurnalistlərə bildirib ki, "Fırat Kalkanı" əməliyyatında iştirak edən suriyalı müxaliflər, koalisiyanın da dəstəyi ilə Cerablusa nəzarəti ələ keçiriblər: "Şəhər İŞİD silahlılarından təmizlənib".

Kuk PYD/YPG qüvvələrinin Fəratın şərqinə çəkilib-çəkilmədiyinə dair sual qarşısında isə deyib ki, PYD gözənildiyi kimi Fərat çayının şərq tərəfinə qayıdıb.

Xəbər lenti
0