Daha 10 türk tankı Suriyaya daxil oldu

© REUTERS / Umit BektasTank birlikləri Suriya sərhədini keçərək İŞİD mövqelərini bombalamağa başlayıb
Tank birlikləri Suriya sərhədini keçərək İŞİD mövqelərini bombalamağa başlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Növbəti tank tağımı İŞİD-ə qarşı mübarizə aparan bölüyə dəstək verəcək

BAKI, 25 avq — Sputnik. Türk ordusunun daha bir tank tağımı Suriyanın Cerablus bölgəsinə daxil olub. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, İŞİD-ə qarşı mübarizənin ikinci günündə əlavə 10 tank da Suriya sərhədini keçərək, Cerablus istiqamətində yola düşüb.

Məlumata görə, sözügedən tanklar ötən gün Suriya ərazisinə daxil olan tank tağımına qoşulacaq. Xatırladaq ki, avqustun 24-ü axşam saatlarında Cerablus İŞİD terrorçularından təmizlənib.

Xəbər lenti
0