Türk ordusu Suriyada bir kəndi İŞİD-dən təmizlədi

© REUTERS / StringerTürkiyə tankları Suriya ərazisində
Türkiyə tankları Suriya ərazisində - Sputnik Azərbaycan
Abunə olmaq
"Fırat Kalkanı" əməliyyatında Azad Suriya Ordusu Keklice kəndini ələ keçirib

BAKI, 24 avq — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin (TSK) "Fırat Kalkanı" əməliyyatı çərçivəsində, Azad Suriya Ordusu Keklice kəndini ələ keçirib. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Suriyanın Cerablus bölgəsinin İŞİD-dən azad edilməsi ilə bağlı səhərdən başlanan əməliyyat davam edir.

Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar Fırat Kalkanı adı verilən əməliyyat çərçivəsində Suriya ərazisinə girib - Sputnik Azərbaycan
TƏHLİL
Türk ordusu Suriyada: ssenarilər dəyişir?

Azad Suriya Ordusu Türkiyə sərhədindən təxminən 3 kilometr cənubda və Cerablus mərkəzindən təxminən 5 kilometr qərbdə yerləşən Keklice kəndini İŞİD-in əlindən alıb. Kənddə yerləşən Azad Suriya Ordusu, buradan şərq istiqamətində mərkəzə doğru irəliləmək üçün kəndin ətrafında təhlükəsizliyi gücləndirir.

© Photo : AATürkiyə Silahlı Qüvvələrinin "Fırat Kalkanı" əməliyyatı çərçivəsində, Azad Suriya Ordusu Keklice kəndini ələ keçirib
Türkiyə Silahlı Qüvvələrinin Fırat Kalkanı əməliyyatı çərçivəsində, Azad Suriya Ordusu Keklice kəndini ələ keçirib - Sputnik Azərbaycan
Türkiyə Silahlı Qüvvələrinin "Fırat Kalkanı" əməliyyatı çərçivəsində, Azad Suriya Ordusu Keklice kəndini ələ keçirib

TSK da Cerablus bölgəsində İŞİD hədəflərini döyüş təyyarələri və toplarla atəş altında saxlamağa davam edir. Azad Suriya Ordusunun zirehli birliklər ilə bərabər Cerablusun mərkəzinə doğru hərəkət edəcəyi bildirilir.

Xəbər lenti
0