ABŞ-ın ikinci şəxsi Ankaraya gəlib

ABŞ vitse-prezidenti Cozef Bayden
ABŞ vitse-prezidenti Cozef Bayden - Sputnik Azərbaycan
Abunə olmaq
Co Baydenin Türkiyədə parlament sədri İsmayıl Qəhrəman, baş nazir Binəli Yıldırım və prezident Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir

BAKI, 24 avq — Sputnik. ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə səfəri başlayıb. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, xüsusi təyyarə ilə saat 10.25-də Esenboğa Hava Limanına gələn Co Baydeni Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç, ABŞ-ın Ankaradakı səfiri John Bass və digər səlahiyyətlilər qarşılayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşü. Arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
Kritik Türkiyə - ABŞ danışıqları başlayır

Hava limanında yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb. Bayden Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ilə qapalı keçirəcəyi görüşdən sonra, 15 iyul gecəsi çevriliş cəhdi zamanı bombalanan Türkiyə Böyük Millət Məclisinə baxış keçirəcək.

Amerikalı rəsmi günortadan sonra Çankaya Köşkündə Türkiyənin baş naziri Binəli Yıldırım ilə təkbətək görüşəcək. Görüşdən sonra mətbuata açıqlama veriləcək. Sonda ABŞ-ın vitse-prezidenti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Xəbər lenti
0