02:53 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Fillipinli balıqçı

Qayığını xilas etmək istəyən balıqçı 100 milyonluq qənimət tapdı

© Photo : informing.ru
DÜNYA
Qısa URL
1377621

Balıqçının 10 il ərzində əhəmiyyətsiz bir şey kimi evində qoruduğu tapıntı, görün əslində nə imiş

BAKI, 23 avq — Sputnik. Dünyanın ən böyük mirvarisini tam təsadüfən Palavan adasının (Filippinlər) sahillərində bir balıqçı tapıb. Bu hadisə əslində 10 il əvvəl baş verib. Xəbərin indi ortaya çıxması isə, balıqçının 10 il ərzində bir o qədər də əhəmiyyət vermədiyi tapıntını turizm idarəsinin "kəşf etməsi" ilə bağlıdır.

 

Sputnik İnforming-ə istinadla xəbər verir ki, fırtına zamanı filippinlinin qayığının lövbəri ilişib və balıqçı onu azad etmək üçün suya tullanıb. Bu zaman tapdığı qənimətin dəyərini bilmədən onu evinə gətirərək talisman kimi qoruyub.

Balıqçının tapdığı mirvari
© Photo : informing.ru
Balıqçının tapdığı mirvari

 

34 kiloluq tapıntının dəyəri, balıqçı onu Puerto-Prinses şəhərinin turizm məsələləri üzrə əməkdaşına gətirərkən üzə çıxıb. Turizm İdarəsinin əməkdaşı Eylin Sinitii Amuraonun sözlərinə görə, ekspertlər bu mirvarini 100 milyon dollar dəyərində qiymətləndiriblər.

Geoloq alimlər balıqçının tapıntısını sertifikatlaşdırıblar. Məlum olub ki, bu, indiyə qədər Yer kürəsində insanlara məlum olan ən iri mirvaridir.

Bu gün sözgedən mirvari ictimaiyyətə təqdim olunub. Adanın hakimiyyəti ümid edir ki, balıqçının tapıntısı şəhərə çoxlu turist cəlb edəcək.

Əlaqədar

Hitlerin xəzinəsi - I
Tualetdən xəzinə tapdı
Bu adamın sərvəti ilə bir neçə ölkəni almaq olar
Azərbaycan indi də bu yeraltı sərvətin axtarışındadır
Teqlər:
Palavan adası, sərvə, balıqçı, Filippin, tapıntı

Əsas mövzular