Türkiyənin başı terrordan açılmır

© Photo : ntv.com.trTürkiyədə terror
Türkiyədə terror - Sputnik Azərbaycan
Abunə olmaq
PKK-nın törətdiyi növbəti terror aktında bir polis həlak olub, üç nəfər yaralanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən bir qadın PKK-çı öldürülüb.

BAKI, 22 avq — Sputnik. Türkiyənin Tunceli vilayətinin Nazmiye qəsəbəsində PKK terrorçuları polis məntəqəsinə hücum edib. Nəticədə bir polis şəhid olub, üçü yaralanıb. Sputnik NTV-yə istinadən xəbər verir ki, polislərdən birinin vəziyyəti ağırdır.

Xəbərdə bildirilir ki, terrorçular polis məntəqəsi yaxınlığındakı rayon xəstəxanasına basqın edərək 2 təcili tibbi yardım maşınını yararsız hala salıb. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən bir qadın PKK-çı öldürülüb.

Xəbər lenti
0