Ərdoğana əlavə səlahiyyət verildi

© AFP 2023 / OZAN KOSERəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisini prezident təyin edəcək

BAKI, 17 avq — Sputnik. Türkiyədə tətbiq olunan fövqəladə vəziyyət rejimi çərçivəsində qanun hökmündə iki yeni qərarnamə "Resmi Qazete"də dərc edilib. Bunlar fövqəladə vəziyyət rejimi çərçivəsində 4-cü və 5-ci qərarnamələr olub.

Türkiyə Hərbi Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk çevrilişə cəhddə şübhəli bilinərək həbs olunub. 16 iyul 2016-cı il - Sputnik Azərbaycan
Çevrilişdən sonra Ərdoğanın yerinə keçəcək adamın adı açıqlandı

Sputnik NTV-yə istinadla xəbər verir ki, qərarnamələrdə daxili işlər və xarici işlər nazirliklərindən yeni xaric edilənlər əksini tapıb. Bildirilib ki, 2360 nəfər polis orqanlarından, 163 nəfər Türkiyə Silahlı Qüvvələrindən (daha əvvəlki qərarnamələrdə xaric edilənlərin sayı 3185 nəfər olub) xaric edilib.

Qeyd edilib ki, hər hansı bir səbəbdən TSK-dan ayrılan və ya əlaqəsi kəsilən pilot zabitlər lazımi şərtləri təmin etmələri və şikayətin uyğun görülməsi vəziyyətində TSK-da işləyə biləcəklər. TSK həmçinin, xarici mənbələrdən da pilotla təmin edilə biləcək.

Bildirilir ki, İnformasiya Texnologiyaları və Kommunikasiya Təşkilatının (İTKT) 196 əməkdaşı işdən çıxarılıb. Fövqəladə vəziyyət rejimi dövründə Telekommunikasiya və Rabitə Qurumu bağlanıb və onun səlahiyyətləri İTKT-yə təhvil verilib. Beləliklə, kəşfiyyat dinləmələrinin yeni mərkəzi İTKT olub.

Sənədlərdə vurğulanır ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisini prezident təyin edəcək. Ayrıca, "Baş Qərargahın rəisi ordu komandirlərin arasından seçilir" şərti də aradan qalxıb.

Bundan başqa, Gülhanə Hərbi Tibb Akademiyasının xəstəxanaları Səhiyyə Nazirliyinə təhvil verilib. Sənədlərdə, həmçinin bu ilin iyulun 1-dək törətdiyi cinayətlərə görə məhkum olunan 38 min məhbusun şərti azadlığa buraxılması nəzərdə tutulur.

 

Xəbər lenti
0