01:13 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşü. 9 avqust 2016-cı il

Ərdoğan: "Biz münasibətləri ən yüksək səviyyəyə qaldıracağıq"

© REUTERS / Sergei Karpukhin
DÜNYA
Qısa URL
Türkiyə-Rusiya yaxınlaşması (14)
801

Türkiyə prezidenti: "Biz Rusiya qazını "Türk axını" vasitəsilə Avropaya nəql etmək niyyətindəyik"

BAKI, 9 avq-Sputnik. "Biz münasibətləri ən yüksək səviyyəyə qaldırmaqda qərarlıyıq və bu sahədə iradəyə sahibik."

Sputnik-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiya həmkarı Vladimir Putinlə Sankt-Peterburq görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Siyasi, iqtisadi, mədəni və qlobal sahələrdə iki ölkənin münasibətlərini lazımi səviyyəyə çatdırmaq barədə razılaşma əldə etdik. Vizasız rejimin tam təşəkkülü istiqamətdə addımlar atacağıq. Müzakirə olunan digər məsələ "Akkuyu" Atom Elektrik Stansiyası layihəsinə strateji investisiya statusu verilməsidir. Bu sahədə danışılar aparılır və müvafiq qərar veriləcək. Həmçinin "Türk axını" layihəsini müzakirə etdik. Türkiyə Rusiyadan ildə 28 milyard kub/metr qaz alır. Bunun 18 milyard kub/metrini dövlət, qalanını özəl sektor alır. Türkiyə "Türk axını" lahiyəsinin reallaşmasında maraqlıdır. Biz Rusiya qazını "Türk axını" vasitəsilə Avropaya nəql etmək niyyətindəyik" — deyə Ərdoğan bildirib.

Prezidentlər mətbuat konfransında Suriya böhranının həlli yollarını müzakirə edəcəklərini bildiriblər.

Mövzu:
Türkiyə-Rusiya yaxınlaşması (14)

Əlaqədar

Ərdoğan Putinlə Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatının yaranmasını müzakirə edib
Peterburqda Putinlə Ərdoğanın görüşü başlayıb
Mixail Qorbaçov Putin və Ərdoğanın görüşündən danışdı
Teqlər:
"Türk axını", Vladimir Putin, Suriya, Sankt-Peterburq, Avropa, Rəcəb Tayyib Ərdoğan

Əsas mövzular