Fətullah Gülən Qazaxıstanın da düşməni elan olundu

© AFP 2023 / ILYAS OMAROVНурсултан Назарбаев и Реджеп Тайип Эрдоган во время церемонии встречи турецкого лидера в Астане. 16 апреля 2015 года
Нурсултан Назарбаев и  Реджеп Тайип Эрдоган во время церемонии встречи турецкого лидера в Астане. 16 апреля 2015 года - Sputnik Azərbaycan
Abunə olmaq
Nursultan Nazarbayev: "Türkiyəyə düşmən olan bizə də düşməndir".

BAKI, 5 avq-Sputnik. "Türkiyəyə düşmən olan bizə də düşməndir".

Sputnik-in məlumatına görə, Türkiyədə rəsmi səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında belə deyib.

Jurnalistin Qazaxıstandaki Fətullahçı terror təşkilatının (FETÖ) məktəbləri haqqında sualına cavabında Nazarbayev deyib:

"Bu məktəblər 1990-cı illərdə fəaliyyətə başlayıb. Biz Türkiyəyə qarşı olanları dəstəkləməyəcəyik. Bu vəziyyət maraqlarımıza uyğun deyil. Bu məsələdə Türkiyə prezidenti ilə anlaşdıq. Belə ki, hər iki ölkənin təhsil nazirlikləri işçi qrupu yaradacaq və həmin məktəblərlə bağlı araşdırma aparacaq. Həqiqətən FETÖ ilə əlaqəsi olanlar müəyyənləşərsə, biz həmin müəllimləri geri göndərəcəyik və Türkiyə dövlətindən başqa müəllimlər istəyəcəyik".

N.Nazarbayev vurğulayıb ki, həmin məktəblərin müəllimləri arasında terrorla əlaqəsi olanlar varsa, Türkiyənin bütün tələbləri nəzərə alınacaq.

Qazaxıstanda məktəblərin hamısının dövlət nəzarəti altında olduğunu xatırladan Nazarbayev deyib:

"Dörd dildə təhsil verilir və müəllimlərin 90 faizi də ölkə vətəndaşlarıdır. Məktəblər dövlət büdcəsindən maliyyələşdirilir".

Xəbər lenti
0