14:27 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Девушка в наручниках. Архивное фото

Keçmiş prezident həbs oluna bilər

CC0 / lechenie-narkomanii / handcuffs
DÜNYA
Qısa URL
97 0 0

Buna səbəb prezidentin dövlət neft-qaz şirkəti olan "Petrobras"da mənimsəmə işi üzrə aparılan istintaqa mane olmaq cəhdidir.

BAKI, 30 iyul – Sputnik. Brazilia şəhər prokurorluğu ölkənin sabiq prezidenti Luis İnasio Lula da Silvaya qarşı ittiham irəli sürüb. Buna səbəb prezidentin dövlət neft-qaz şirkəti olan "Petrobras"da mənimsəmə işi üzrə aparılan istintaqa mane olmaq cəhdidir.

Sputnik İndependent-ə istinadən xəbər verir ki, ittihamlar daha beş şübhəliyə qarşı da irəli sürülüb. Məlumata görə, onlar sabiq prezidentlə birlikdə "Petrobras" şirkətinin keçmiş top-meneceri Nestor Serveronu rüşvətlə ələ almağa cəhd göstərib. İttiham olunanlar sabiq top-menecerə adı "Petrobras"dakı korrupsiya işi ilə yanaşı çəkilənlərə qarşı ifadə verməkdən imtina qarşılığında 250 min Braziliya realı, yəni təxminən 77 min ABŞ dolları təklif edib. 

Xatırladaq ki, bu ilin mart ayında Braziliyada prokurorluğu artıq bir dəfə sabiq prezident Da Silvaya qarşı ittiham irəli sürüb. Həmin zaman o, dövlət vəsaitinin mənimsənilməsində şübhəli bilinirdi.

Əsas mövzular