06:16 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
517711

Qalatasaray klubunun İdarə heyəti keçirdiyi toplantıda keçmiş futbolçusu Hakan Şükürün klub üzvlüyündən ixrac edilməsilə bağlı müraciəti müzakirə edib.

BAKI, 27 iyul-Sputnik. Qalatasaray klubunun İdarə heyəti keçirdiyi toplantıda keçmiş futbolçusu Hakan Şükürün klub üzvlüyündən ixrac edilməsilə bağlı müraciəti müzakirə edib.

Sputnik "Hürriyet" qəzetinə istinadla xəbər verir ki, bu barədə məlumatı klub üzvləri yayıblar. Onların verdiyi məlumata görə, İdarə heyəti FETÖ-nün (Fətullah Terror Təşkilatı) dövlət çevrilişinə cəhdindən sonra klubun bir üzvünün müraciəti əsasında Hakan Şükürün məsələsinə klubun intizam komissiyasında baxılmasına qərar verib.

Qeyd edək ki, Fətullah Gülənə yaxınlığı ilə tanınan Qalatasaray klubunun sabiq ulduz futbolçusu Hakan Şükür, bir müddət əvvəl ABŞ-a köçüb.

O, iyulun 16-da öz Twitter hesabında Türkiyədə baş verən çevriliş cəhdinə görə mövcud hökuməti günahlandırmışdı. Onun hesabını izləyən şəxslərin çoxsaylı tənqidlərindən sonra Hakan Şükür Twitter hesabını bağlamışdı.

Hakan Şükür daha sonra Boğaziçi Körpüsündə vətəndaşlara atəş açan əsgərlərin şəklini paylaşaraq yazıb: "Öz xalqına atəş açanlar və onların arxasında duranlar şərəfsizdir, xaindir. Bunun izahı yoxdur, cəzalandırılmalıdırlar. Lənət olsun!."

Əlaqədar

"ABŞ Fətullah Gülənə görə Türkiyəni itirmək istəməz"
Fətullah Gülənin doğulduğu evə od vurdular
Fətullah Gülənə aid özəl məktəblər və tələbə yataqxanaları bağlanır
Türkiyə ABŞ-dan Fətullah Gülənin həbsini tələb etdi
Fətullah Gülən Türkiyədə baş verənlərə münasibət bildirdi
Teqlər:
Qalatasaray, ABŞ, Türkiyə, Twitter, Fətullah Gülən, FETÖ, Hakan Şükür

Əsas mövzular