04:26 26 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
DÜNYA
Qısa URL
750630

Tədqiqatlar nəticəsində bəlli olub ki, xırda ətyeyən heyvanlar insanlardan daha çox qorxurlar, nəinki ayılardan, canavarlardan və digər iri yırtıcılardan

BAKI, 27 iyul — Sputnik. Kanadanın Qərbi Ontario Universitetindən olan alimlər apardıqları araşdırmalar nəticəsində müəyyən ediblər ki, Avropa porsuğu kimi xırda ətyeyən heyvanların çoxu, insanlardan daha çox qorxurlar, nəinki ayılardan, canavarlardan və digər iri yırtıcılardan. Sputnik xəbər verir ki, araşdırmanın nəticələri "Behavioral Ecology" jurnalında dərc olunub.

Tədqiqatçılar təsdiqləyiblər ki, hazırda insanlar tez-tez kiçik yırtıcıları öldürürlər. Odur ki, insan xırda yırtıcıların tipik düşmənlərindən daha təhlükəlidir. Alimlərin eksperimentlərinin nəticələrinə görə, tülkü, yenot və porsuq kimi xırda yırtıcılarda, dominant olduqları yerdə yaranan insan qorxusu, hətta onları ev şəraitində əhliləşdirməyə belə, imkan vermir.

Tədqiqatlar Böyük Britaniyada, Oksfordun şəhərkənarı meşəliklərində aparılıb. Alimlər burada Avropa porsuqlarını müşahidə ediblər və onların olduğu yerlərdə müxtəlif iri yırtıcıların və insanların səs yazısını səsləndiriblər. Sonra alimlər görüblər ki, heyvanlar daha çox insan səsindən qorxublar. Porsuqlar insan səsi eşidən kimi öz yeməklərini qoyub qaçıb.

Alimlər eksperimentdə bir məsələnin vacibliyinə diqqət yetiriblər ki, insanlar ekosistemdəki proseslərə əvvəllər hesab edildiyindən daha ciddi xələl gətirirlər. İri yırtıcılar qarşısında "qorxunun itməsi" təbii sistemin çox vacib funksiyasının itməsi deməkdir. Bu isə yaxın zamanlarda ekosistemdə arzuolunmaz dəyişikliklərə gətirib çıxara bilər.

"İnsanlar ekosistemə fəlakət gətirirlər" — Ontario Universiteti alimlərinin gəldiyi yekun qənaət belədir.

Əlaqədar

Azərbaycan Gürcüstandan heyvanlarin gətirilməsinə qadağa qoyub
Dünyanın milyonçu heyvanları
Çində heyvanların klonlaşdırılması üçün fabrik tikiləcək
Ölkəmiz Türkiyədən heyvandarlıq məhsullarının idxalını məhdudlaşdırır
Paytaxtda mənşəyi məlum olmayan 4 baş heyvan cəmdəyi aşkarlanıb
Teqlər:
tədqiqat, Qərbi Ontario Universiteti, Kanada, alim, heyvan, insan

Əsas mövzular