İranlı generaldan qalmaqallı iddia

© AFP 2023 / BEHROUZ MEHRIİranın ali dini lideri Ayətullah Əli Xameneyinin hərbi məsləhətçisi, general Yəhya Rəhim Səfəvi
İranın ali dini lideri Ayətullah Əli Xameneyinin hərbi məsləhətçisi, general Yəhya Rəhim Səfəvi - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ dövlət katibi Con Kerrinin çevriliş zamanı Moskvada olmasına eyham vuran Yəhya Rəhim Səfəvi: "Rusiya və Amerika regionda yeni bir ittifaqamı girdi?"

BAKI, 27 iyul — Sputnik. İranın ali dini lideri Ayətullah Əli Xameneyinin hərbi məsləhətçisi, general Yəhya Rəhim Səfəvi, qlobal güclərin Türkiyədəki 15 iyul çevrilişindən xəbərdar olduğunu və buna dəstək verdiyini deyib.

Barak Obama və Rəcəb Tayyip Ərdoğan - Sputnik Azərbaycan
TƏHLİL
"ABŞ Fətullah Gülənə görə Türkiyəni itirmək istəməz"

Sputnik Hürriyət-ə istinadən xəbər verir ki, Təbriz şəhərində təşkil edilən konfransda çıxış edən general Səfəvi, Vaşinqton və Moskvanın çevrilişin arxasında ola biləcəyini iddia edib.Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin çevriliş zamanı Moskvada olmasını "anlamlı" olaraq xarakterizə edən iranlı general, "Rusiya və Amerika regionda yeni bir ittifaqamı girdi?" deyə sual verib.

Yəhya Rəhim Səfəvi sonda bunları deyib: "ABŞ və Rusiyanın Türkiyədəki çevriliş cəhdindən xəbərsiz olduqlarını söyləmək olmaz. Belə bir plan, xarici bir qüvvənin dəstəyi və məlumatı olmadan gerçəkləşə bilməz. Çevrilişə yardım edənlər barədə ciddi sual işarələri yaranıb".

Xəbər lenti
0