15 iyul Şəhidlərin Anım Günü kimi qeyd olunacaq

© REUTERS / Murat CetinmuhurdarRəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan: "Demokratiyanın keşiyində durmağımızı sonuna qədər davam etdirərək bu uğuru sona çatdırmalıyıq"

BAKI, 22 iyul — Sputnik. 15 iyul Türkiyədə Şəhidlərin Anım Günü elan olunub. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Binəli Yıldırım və Baş Qərargah rəisi Hulusi Akarla birlikdə xalqa müraciəti zamanı deyib.

Ərdoğan bildirib ki, Fətullah Gülənə yaxın şəbəkənin dövlət çevrilişinə uğursuz cəhd etdiyi günlərdə türk milləti tarix yaradan və yazan bir millət olduğunu bir daha sübut edib: "Demokratiyanın keşiyində durmağımızı sonuna qədər davam etdirərək bu uğuru sona çatdırmalıyıq. Dedi-qodulara, fitnə mərkəzlərinə etibar edilməməlidir, yalnız və yalnız hökumətimizin səlahiyyətli qurumlarının və şəxslərinin verdikləri məlumatlara etibar etməyinizi xüsusi olaraq xahiş edirəm".

Xəbər lenti
0