11:58 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Türkiyə Böyük Millət Məclisi

Müxalifət fövqəladə vəziyyət qərarına münasibət bildirdi

© Photo : AA
DÜNYA
Qısa URL
9 0 0

CHP lideri partiya mənsublarının seçimlərində sərbəst olduqlarını, MHP sədri isə hökumətin qərarını dəstəklədiklərini bildirib

BAKI, 21 iyul — Sputnik. Türkiyə müxalifəti ölkədə fövqəladə vəziyyət elan olunmasına münasibət bildirib. Sputnik Haberturk-ə istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq sənədlə bağlı partiya içində məsləhətləşmələr aparıldığını və deputatlarının öz seçimində sərbəst olacaqlarını deyib.

Türkiyə Təhlükəsizlik Şurasının toplantısı. Arxiv şəkli
© Photo : AFP PHOTO / TURKISH PRESIDENTIAL PALACE PRESS OFFICE / KAYHAN OZER

"Biz demokratiyanın tərəfdarıyıq. Demokratiya üçün də qrup şəklində qərar verilə bilməz. Hərə öz düşüncəsində sərbəstdir", — CHP sədri bildirib.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı isə ölkədə fövqəladə vəziyyətin elan edilməsinin düzgün qərar olduğunu vurğulayıb.

Xatırladaq ki, Türkiyənin baş naziri Binəli Yıldırım CHP və MHP sədrləri ilə telefon danışığı aparıb. O, müxalif liderlərdən parlamentdə müzakirəyə çıxarılacaq fövqəladə vəziyyət elan olunması barədə qərara dəstək vermələrini xahiş edib.

Əlaqədar

Rusiyadan Türkiyəyə çağırış: "Tarixi fürsəti qaçırmayın"
Ankarada sübh azanını Ərdoğan verdi
Azərbaycanda Türkiyə Silahlı Qüvvələri üçün yer ayrılıb
Ramil Usubova Türkiyədən təşəkkür gəldi
Teqlər:
Dövlət Bağçalı, Kamal Kılıçdaroğlu, Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisi, Türkiyə, iqtidar, müxalifət, fövqəladə vəziyyət

Əsas mövzular