Yerevanda toqquşma: jurnalistlərə də xəsarət yetirilib

© REUTERSErmənistanın paytaxtında polislə etiraz aksiyaçıları arasında qarşıdurma baş verib
Ermənistanın paytaxtında polislə etiraz aksiyaçıları arasında qarşıdurma baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın paytaxtında polislə etiraz aksiyaçıları arasında qarşıdurma baş verib. Hadisə zamanı media nümayəndələrindən də xəsarət alanlar olub. Ölkə ombudsmanı baş verənləri pisləyib.

BAKI, 21 iyul — Sputnik. Bu gün səhər saatlarında Ermənistanın paytaxtı Yerevanda polislə etiraz aksiyasının iştirakçıları arasında toqquşma baş verib. Qarşıdurma zamanı media nümayəndələrindən də xəsarət alanlar olub. Sputnik xəbər verir ki, Ermənistanın ombudsmanı baş verənləri pisləyib.

Qeyd edək ki, Yerevanda silahlıların ələ keçirdiyi polis binası yaxınlığında etiraz aksiyasının iştirakçıları ilə polis arasında qarşıduma baş verib. Etirazçılar polisə daş və digər bərk əşyalar atıblar. Polis isə havaya atəş açıb və daha sonra etirazçılara qarşı işıq və səs qumbaralarından istifadə edib.

Xəbər lenti
0