Müxalifət liderinin qohumu Prezidenti qoruyarkən həlak oldu

© REUTERS / Kenan GurbuzMarmaris şəhərində polis. 16 iyul 2016-cı il
Marmaris şəhərində polis. 16 iyul 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğana qarşı sui-qəsd zamanı həlak olan polis əməkdaşının Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlunun qohumu olduğu müəyyənləşib

BAKI, 20 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd zamanı həlak olan polis əməkdaşının Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun qohumu olduğu müəyyənləşib. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə CHP-dən Tunceli şəhəri üzrə Türkiyə parlamentinə millət vəkili seçilmiş Gürsel Erol məlumat verib.

Qeyd edək ki, Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi zamanı Muğla vilayətinin Marmaris rayonunda ölkə prezidentinin qaldığı hotelə hücum olub. Nəticədə Türkiyənin əsas müxalifət partiyasının liderinin qohumu Nedip Cengiz Eker dövlət başçısını qoruyarkən həlak olub.

Xəbər lenti
0