20:33 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
DÜNYA
Qısa URL
Türkiyədə hərbi çevriliş cəhdi (36)
8110

Türkiyənin Ədliyyə Nazirliyi dəlil tələb edən ABŞ-a Fətullah Gülənlə bağlı 4 dosye göndərib.

BAKI, 19 iyul-Sputnik. ABŞ-dan Fətullah Gülənin ekstradisiyasını istəyən Türkiyə bu tələbə onun 60 günə qədər müvəqqəti olaraq həbsini də əlavə edib.

Sputnik "Hürriyet" qəzetinə istinadla xəbər verir ki, Türkiyədən Fətullah Gülənlə bağlı dəlil istəyən ABŞ-a Ədliyyə Nazirliyinin hazırladığı FETÖ/PDY haqqında 4 dosye göndərilib.

CNN Türk isə xəbər verib ki, ABŞ-dan Gülənin ekstradisiyası ilə yanaşı 60 günə qədər müvəqqəti olaraq həbs olunması tələb edilib.

Türkiyə hökuməti ABŞ-ın Pensilvaniya ştatında yaşayan "Hizmət" təşkilatının 75 yaşlı lideri Fətullah Güləni iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddə günahlandıraraq Vaşinqtondan onun ekstradisiyasını tələb edib. ABŞ-ın dövlət katibi Con Kerri  isə bildirib ki, Türkiyə Fətullah Gülənin cinayət əməlləri ilə bağlı dəlilləri təqdim edəcəyi təqdirdə, ABŞ onun ekstradisiyası məsələsinə baxacaq. 

Mövzu:
Türkiyədə hərbi çevriliş cəhdi (36)

Əlaqədar

Fətullah Gülən Türkiyədə baş verənlərə münasibət bildirdi
Türkiyədə Fətullah Gülən tərəfdarlarının kütləvi həbsinə başlanılıb
Fəthullah Gülən Ərdoğanı firona bənzədib
Con Kerri: Əvvəlcə Türkiyə Gülənlə bağlı dəlilləri göstərsin
Türkiyə ABŞ-ın İncirlikdəki hərbi bazasını bağladı
Teqlər:
Pensilvaniya, Con Kerri, ABŞ, Türkiyə, Fətullah Gülən

Əsas mövzular