Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Xristian dünyasında güclü anti-islam təbliğatı başlayıb

© Photo : blau-kraehe.livejournal.comAvropada multikulturalizm
Avropada multikulturalizm - Sputnik Azərbaycan
Abunə olmaq
Əsasən yaşlı insanlar və təhsil səviyyəsi aşağı olanlar müsəlmanlara, həmçinin miqrantlara qarşı nifrət püskürürlər

BAKI, 19 iyul — Sputnik. Suriya gərginliyi nəticəsində Avropada yaranan miqrasiya problemi fonunda, qoca qitənin iri şəhərlərində bir-birinin ardınca baş verən terror aktlarında müsəlman mücahidlərinin əli olması kimi amillər islamafob şüarların açıq şəkildə səsləndiyi etiraz aksiyalarına takan vermiş oldu. İslama münasibət əvvəllər də yaxşı olmasa da, cəmiyyətdə açıq şəkildə qıcıq yaradan və diskriminasiyaya yönəlik çağırışlar demək olar ki, eşidilmirdi. İndi isə vəziyyət tamam dəyişib: islamafob fikirlər hətta ölkə rəsmiləri, siyasətçilərin leksikonuna yol tapıb, eyni zamanda bütün bunlar yalnız miqrant axını və terrorçuları gündəmə gətirmir, ümumiyyətlə islama qarşı kampaniya təəssüratı yaradır. Artıq müxtəlif sorğu şirkətlərinin keçirdikləri rəy sorğuları da deməyə əsas verir ki, Avropada islama münasibət pisləşməkdədir.

Kölndə hicablı qadınlar. Arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
Avropa İslamın qarşısındadır, yoxsa yanında?

Radikal islamçı qrupların Fransa və Belçikada dağıdıcı terror aktları törətməsindən sonra münasibətlər daha da kəskin xarakter aldı. Pew Tədqiqat Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, 2016-cı il ərzində Avropa dövlətlərində müsəlmanlara qarşı mənfi münasibət daha da güclənib. Azadlıq radiosu xəbər verir ki, Britaniyada bu rəqəm 9 faiz artaraq 29 faizə çatıb. İspaniya və İtaliyanın hər birində bu göstərici səkkiz faiz artaraq müvafiq olaraq 50 və 69 faiz olub. Yunanıstanda isə müsəlmanlara qarşı mənfi münasibət 2014-cü ildən bəri 12 faiz artaraq 65 faiz olub.

Sorğunun keçirildiyi 10 ölkədə rəyi soruşulanların ortalama 59 faizi düşünür ki, qaçqınların sayının artması ölkədə terror ehtimalını artıracaq. Bu rəqəm qaçqınların gəlişi ilə iqtisadi problemlərin və cinayətkarlığın artmasına dair narahatlığı göstərən rəqəmdən daha yüksəkdir.

Macarıstanda respondentlərin 76 faizi qaçqınları terrorizmlə əlaqələndirib. Polyakların isə 71 faizi eyni fikirdə olub. Sorğunun keçirildiyi ölkələr arasında bu məsələ ilə bağlı ən aşağı faiz İspaniyada görünüb. Amma, hətta bu ölkədə belə, respondentlərin 40 faizi qaçqınları terrorizmlə əlaqələndirir.

Müsəlmanlar - Sputnik Azərbaycan
TƏHLİL
Alman istehsalı din, yaxud "Müsəlman - made in Germany"

Britaniyada müsəlmanlara qarşı mənfi fikirdə olan respondentlərin 80 faizi hesab edir ki, qaçqınlar terror təhlükəsi yaradır. Müsəlmanlara qarşı münasibəti müsbət olanların yalnız 40 faizi bu fikirdədir.

Sorğunun keçirildiyi bütün ölkələrdə yaşlı insanlar və təhsil səviyyəsi aşağı olanların da müsəlmanlara və qaçqınlara münasibəti daha mənfidir. Gənclər və daha yüksək təhsil səviyyəsi olan insanlar isə, əksinə, müsəlmanlara müsbət yanaşırlar.

Pew Tədqiqat Mərkəzi onu da aydınlaşdırıb ki, 2030-cu ildə Avropadakı müsəlmanların sayı 58 milyon olacaq. Məlumatda o da qeyd olunur ki, müsəlmanların sayının artması məscidlərə olan ehtiyacı da artırmış olur. Son zamanlar Avropadakı bağlı kilsələr maddi vəsait çatışmazlığı səbəbindən işini davam etdirə bilmir. Müsəlmanlar isə həmin kilsələri alaraq məscidə çevirməyə başlayıblar.

Ən çox məscidə çevrilən kilsələr Almaniyadadır. Hollandiyada kilsədən məscidə çevrilən tikililərin sayı 10-u keçib. Fransada indiyə qədər 4 kilsə məscidə çevrilib. İngiltərədə isə rəsmi qeydiyyatdan keçən təxminən 2 000 məscidin böyük qisminin qədim kilsələr olduğu bildirilir.

Nüman Kurtulmuş - Sputnik Azərbaycan
"İslam dünyası acınacaqlı dövr yaşayır"

Artıq beynəlxalq KİV-lərdə Avropada müsəlmanlara qarşı baş verə biləcək diskriminasiya, islamafobiyanın izləri ən çox müzakirə olunan mövzulardandır. Maraqlıdır ki, Almaniyada hicaba qadağalarla bağlı fikirlərin səsləndiyi bir ərəfədə Pakistan əsilli taksi sürücüsünün oğlu Sadiq Xan London meri seçilir. Bunu bir tərəfdən köhnə qitənin islama qarşı münasibətdə ikili standartları, digər tərəfdən Qərbin yenidən özünün tolerantlıq dəyərlərinə sahib çıxması kimi başa düşmək olar.

Bir çox ekspertlərin fikrincə, islama münasibətin dəyişilməsinin kökündə, əsasən KİV-lərin apardığı təbliğat və siyasi liderlərin açıq bəyanatları dayanır. "Charlie Hebdo" dərgisində peyğəmbərin karikaturasını yayımlanması müsəlman dünyasında ciddi narazılıqla nəticələnmişdi. ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın müsalmanların əleyhinə olan çıxışları da islamafobiyaya meydan açır. Əgər əvvəllər belə hallara qarşı Qərbin ictimai rəyi kəskin reaksiya verirdisə, indi əksər hallarda seyriçi mövqe nümayiş etdirir.

Amerikada təhsil almış ictimai fəal Bəxtiyar Hacıyev bildirir ki, Avropada dövlətlər, dövlət siyasəti səviyyəsində İslama, yaxud hər hansı başqa bir dinə qarşı ayrı-seçkilik, dözümsüzlük, islamafobiya müşahidə edilmir: "Müsəlman vətəndaşlar digər vətəndaşlar kimi təhsil, səhiyyə, sosial proqramlardan faydalanır, ibadətlərini həyata keçirir, müxtəlif dini icmalarda birləşir, məscidlərdə birlikdə ibadət edirlər. Onlar hətta seçkilər yolu ilə müxtəlif qurumlara seçilə, təyinatla dövlət qurumlarında, diplomatik nümayəndəliklərdə çalışa bilirlər".

Onun sözlərinə görə, ancaq kiçik marginal siyasi qruplar, bəzi siyasətçilər səviyyəsində zaman-zaman müxtəlif Avropa ölkələrində İslam əleyhinə, müsəlman vətəndaşlar və immiqrantlər əleyhinə aksiyalar keçirir: "Onların Avropa üçün təhlükə olduğunu qeyd edirlər. Zənnimcə, bu qruplar öz təbliğatları zamanı daha çox Avropaya köç etmiş, cəmiyyətə inteqrasiya etmək istəməyən, kiçik müsəlman icmalarda fəaliyyət göstərməyə üstünlük verən, nisbətən radikal dini qruplara bağlı şəxslərdən istifadə edirlər".

Fakt ondan ibarətdir ki, xüsusən Parisdǝ törǝdilǝn terror aktlarından sonra, başda Fransa olmaqla, Avropanın digər ölkələrində yaşayan müsəlmanlar narahatlıq keçirirlər. Onlar terrora görə, hökumətlərin müsəlmanlar və qaçqınlarla bağlı siyasətlərində hansı dəyişikliklər edǝcǝklǝrini maraqla gözlǝyirlər.

Выступление Президента Ильхама Алиева на XIII Саммите Организации исламского сотрудничества - Sputnik Azərbaycan
İlham Əliyev: Terrordan ən çox əziyyət çəkən elə müsəlmanlardır

Hazırda Avropada radikal millətçi hǝrǝkatların güclǝnǝ bilǝcǝyi düşüncǝsi hakimdir. Baş nazir Manuel Vals da verdiyi açıqlamada, nifrəti körükləyən müsəlmanların ölkədən dərhal çıxarılacağını bildirmişdi.

Bu arada, Avstraliyada maraqlı proses başlayıb. Bu ölkənin "Channel Nine" TV kanalının aparıcısı Sonia Kruger müsəlmanların Avstraliyaya miqrasiyasına son qoymağa çağırıb. O deyib ki, ABŞ prezidentliyinə namizəd Donald Trumpın mövqeyi ilə razıdır.

"Herald Sun" qəzetinin köşə yazarı Andrew Bolt isə daha da qabağa gedib. O, bir yazısında iddia edib ki, "biz nə qədər müsəlman "idxal" ediriksə, özümüzü bir o qədər çox təhlükəyə məruz qoyuruq".

Göründüyü kimi, islamafobiya artıq tendensiya halını almaqdadır. Demək olar ki, əksər siyasi xadimlər dini terrora qatmamağa çağırsalar da, bu tendensiya Avropada güclənməkdədir.

Xəbər lenti
0