"Polad Ələmdar" da Ərdoğanı dəstəklədi

© Photo : dha.com.trTürk aktyoru, prodüseri və iş adamı Necati Şaşmaz
Türk aktyoru, prodüseri və iş adamı Necati Şaşmaz - Sputnik Azərbaycan
Abunə olmaq
Necati Şaşmaz: "Çevriliş cəhdinə etiraz edirəm. Biz azad insanlarıq. Hər kəs demokratiyaya sahib çıxmalıdır"

BAKI, 19 iyul — Sputnik. Məşhur "Kurtlar vadisi" teleserialında Polad Ələmdar rolunun ifaçısı Necati Şaşmaz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək verərək hərbi çevriliş cəhdinə etiraz edib. Sputnik "Hürriyet" qəzetinə istinadla xəbər verir ki, Şaşmaz Türkiyə Prezidentinin çıxışına canlı şəkildə qulaq asmaq üçün onun Kısıklıdakı evinin qabağına gəlib.

© Photo : hurriyet.com.trTürk aktyoru, prodüseri və iş adamı Necati Şaşmaz
Türk aktyoru, prodüseri və iş adamı Necati Şaşmaz - Sputnik Azərbaycan
Türk aktyoru, prodüseri və iş adamı Necati Şaşmaz

Ərdoğanın nitqini diqqətlə dinləyən aktyor, ətrafdakı vətəndaşlarla çoxlu şəkil çəkdirib. "Çevriliş cəhdinə etiraz edirəm. Biz azad insanlarıq. Burada yoldaşlar lazım olan fikirləri söyləyirlər. Hörmətli prezidentimizin çıxışına qulaq asdım. Hər kəs demokratiyaya sahib çıxmalıdır", — deyə Şaşmaz jurnalistlərə bildirib.

Xəbər lenti
0