Türkiyə səfirini güllələdilər

© AFP 2023 / JOHN MACDOUGALLHüseyn Avni Karslıoğlu, Türkiyənin Almaniyadakı səfiri
Hüseyn Avni Karslıoğlu, Türkiyənin Almaniyadakı səfiri - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəxanaya yerləşdirilən diplomat tibbi yardım göstərildikdən sonra evə buraxılıb. O, ayağından xəsarət almasına baxmayaraq, yeriyə bilir.

BAKI, 18 iyul — Sputnik. Türkiyənin Azərbaycan və Almaniyadakı sabiq səfiri Hüseyn Avni Karslıoğlu iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi zamanı yaralanıb. Sputnik "Hürriyet" qəzetinə istinadla xəbər verir ki, Ankarada hərbi helikopterdən açılan atəş nəticəsində H. A. Karslıoğlu ayağından xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən diplomat tibbi yardım göstərildikdən sonra evə buraxılıb. O, ayağından xəsarət almasına baxmayaraq, yeriyə bilir.

Almaniya Bundestaqı 2 iyunda qondarma "erməni soyqırımı"nı tanıdıqdan sonra səfir H. A. Karslıoğlu bu ölkədən geri çağırılıb. Qarslıoğlu 2007-2008-ci illərdə Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri olub.

Xəbər lenti
0