02:05 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
DÜNYA
Qısa URL
35 0 0

Bu ölkənin Türkiyədəki səfirliyi və İstanbuldakı baş konsulluğu iyulun 13-dən etibarən ikinci bir əmrə qədər qapalı olacaq

BAKI, 13 iyul — Sputnik. Fransa hökuməti təhlükəsizlik səbəbindən İstanbuldakı konsulluğunu müvəqqəti bağlayıb. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bu haqda Fransanın İstanbuldakı baş konsulu Muriel Domenak "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Fransa səfirliyinin rəsmi internet saytında yerləşdirilən açıqlamada isə deyilir: "Fransanın Türkiyədəki səfirliyi və İstanbuldakı baş konsulluğu iyulun 13-dən etibarən ikinci bir əmrə qədər qapalı olacaq".

"Təhlükəsizlik səbəbindən iyulun 13-də Fransanın milli bayramı — Bastiliyanın alınması günü münasibətilə İstanbul, İzmir və Ankara şəhərlərində keçirilməsi planlaşdırılan rəsmi qəbul proqramları ləğv edilib. Qərarla bağlı Türkiyə tərəfi məlumatlandırılıb. Hazırda Türkiyə rəsmiləri ilə təmasdayıq. Türkiyədə yaşayan fransızlara və bütün dəvətlilərimizə anlayışları üçün təşəkkür edirik", — səfirlik bildirir.

Əlaqədar

Fransada qaçqınlar arasında dava düşdü
Fransanın şimalında "narıncı" təhlükə səviyyəsi elan edilib
Fransa Rusiyaya qarşı sanksiyaları yumşaltmaq qərarına gəlib
Fransada təhsil alacaq UNEC-in ilk tələbələri bəlli olub
Elmar Məmmədyarov Fransanın xarici işlər naziri ilə görüşüb
Teqlər:
baş konsulluq, İstanbul, Fransa, Türkiyə, diplomatik korpus, səfirlik

Əsas mövzular