00:22 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
12210

Fransua Ollandın bərbərinə verilən maaşın məbləği Fransanın nazirlərinə verilən maaşla eynidir. Prezidentin özü isə 14 999,78 avro əməkhaqqı alır.

BAKI, 13 iyul — Sputnik. Fransa prezidenti Fransua Ollandın bərbəri ayda 9895 avro maaş alır. Sputnik xəbər verir ki, bu barədə Le Point qəzeti yazıb.

Qeyd olunur ki, 46 yaşlı Olivye B. ilə 2012-ci ilin mayında beş illik müqavilə bağlanıb. Müqavilənin şərtlərinə görə, bərbər daimi olaraq prezidentin sərəncamındadır və onu hətta xarici səfərlərində də müşayət etməlidir.

Qəzet qeyd edir ki, Ollandın bərbərinə verilən maaşın məbləği Fransanın nazirlərinə verilən maaşla (9940,2 avro) təqribən eynidir. Ollandın özü isə 2016-cı ildə öz maaşını 30% azaldıb. Onun maaşı hazırda 14 999,78 avrodur.

Bir qədər əvvəl İsrailin baş naziri Benyamin Netanyahu büdcə vəsaitlərini saç kəsimi və makiyaja sərf etdiyinə görə tənqidə məruz qalmışdı.

Əlaqədar

Ölümlə çarpışan hərbçinin maaşından pul tutulur
Təhsil Nazirliyi müəllimlərin maaşının kəsilməsinə münasibət bildirdi
Prezident müəllimlərin maaşını artırdı
Ölkədə maaş almayan vətəndaş qalmayacaq
Yüksək maaşla işçi axtarılır
"Texniki işçisinin maaşını verə bilməyən qurumun hansı fəaliyyətindən söhbət gedə bilər?!"
Teqlər:
bərbər, maaş, Fransua Olland, Fransa, nazir, prezident

Əsas mövzular