12:09 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
47 0 0

Hər iki nazir bir neçə gün müddətində hər şeyi baş nazir və partiyalarla razılaşdırmalıdır. Onlar hazırda rəhbərlik etdikləri işləri başa çatdırıb fəal şəkildə partiya fəaliyyətinə qoşulacaqlar.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili. Arxiv şəkli
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili. Arxiv şəkli
BAKI, 12 iyul — Sputnik. Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli istefaya gedir. Sputnik Gürcüstan-ın xəbərinə görə, bu barədə parlamentin spikeri David Usupaşvili məlumat verib.
Braziliya prezidenti Dilma Rusef
© REUTERS / Ueslei Marcelino

Spikerin sözlərinə görə, Xidaşeli ilə birlikdə tutduğu vəzifəni, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili də tərk edəcək.

Məlum olduğu kimi, Xidaşeli və Zakareişvili "Respublika partiyası"nın üzvləridir və onlar seçkiqabağı kampaniyaya fəal şəkildə qoşulacaqlar. Oktyabrın 8-də keçiriləcək parlament seçkilərinə heç vaxt hakim "Gürcü arzusu" koalisiyasına qoşulmayan partiyalar müstəqil şəkildə gedəcək.

Usupaşvili qeyd edib ki, hər iki nazir bir neçə gün müddətində hər şeyi baş nazir və partiyalarla razılaşdırmalıdır. Onlar hazırda rəhbərlik etdikləri işləri başa çatdırıb fəal şəkildə partiya fəaliyyətinə qoşulacaqlar.

Qeyd edək ki, Usupaşvili və Xidaşeli həm ər-arvad, həm də "Respublika partiyası"nın liderləridir.

Əlaqədar

Futbol yığmasının məşqçisi istefa verir
Britaniyanın Baş naziri istefaya gedir
Tanınmış professor AMEA-da tutduğu vəzifədən istefa verdi
Rusiyanın təhlükəsizliyinə cavabdeh şəxs istefa verdi
Platini UEFA prezidenti postundan istefa verib
Teqlər:
"Gürcü arzusu", "Respublika partiyası", Paata Zakareişvili, Tinatin Xidaşeli, Gürcüstan

Əsas mövzular