Ölənlərin sayı qorxulu həddə çatıb

© REUTERS / Mike SegarЗаседание Совета безопасности ООН. Архивное фото
Заседание Совета безопасности ООН. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
270 nəfər öldü, BMT-nin Təhlükəsizlik Şurası təcili toplantı çağırdı.

BAKI, 10 iyul-Sputnik. BMT-nin Təhlükəsizlik Şurası Cənubi Sudanda silahlı toqquşmaların bərpası ilə əlaqədar təcili iclas keçirəcək. 

Sputnik-in məlumatına görə, bu barədə "Reuters" agentliyinə BMT-dəki mənbə məlumat verib.

Cənubi Sudanın paytaxtı Cube şəhərində hökumət qoşunları ilə müxalifət arasında şiddətli döyüşlər gedir. Son bir neçə gün ərzində ölənlərin sayı 270 nəfərə çatıb. Cənubi Sudanın Səhiyyə nazirliyi ölənlərdən 33 nəfərin dinc sakin olduğunu bildirib.

Toqquşma prezident Salva Kiirin tərəfdarları ilə keçmiş qiyamçıların başçısı Riek Maşarı dəstəkləyənlər arasında baş verib.

Hadisə BMT-nin bu ölkədəki nümayəndəliyinin binası yerləşdiyi rayonda olub.

2013-cü ilin dekabrında prezident Salva Kiir müavini Riek Maşarı tutduğu vəzifədən azad edib.

Xəbər lenti
0