Qaradərililərin öldürülməsi Barak Obamanı da qəzəbləndirdi

© AP Photo / Susan WalshBarak Obama, ABŞ prezidenti
Barak Obama, ABŞ prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Polis şiddətinin ciddi problemə çevirildiyini vurğulayan Amerika prezidenti bunu təhlükəsizlik orqanları ilə xalq arasında yetərincə qarşılıqlı etibarın olmaması ilə əlaqələndirib.

BAKI, 8 iyul — Sputnik. ABŞ prezidenti Barak Obama "Facebook" hesabında Luiziana və Minnesota ştatlarında polisin qətlə yetirdiyi iki qaradəriliyə görə əksər amerikalılar kimi özünün də qəzəb və kədər içində olduğunu bildirib.

Sputnik TRT-yə istinadən xəbər verir ki, polisin hadisə ilə bağlı apardığı istintaqın ədalətli bitəcəyinə inandığını deyən Obama şərhində bu cür faciələrin əvvəllər də baş verdiyini xatırladıb.

Polis şiddətinin ciddi problemə çevirildiyini vurğulayan Amerika prezidenti bunu təhlükəsizlik orqanları ilə xalq arasında yetərincə qarşılıqlı etibarın olmamasıyla əlaqələndirib.

Obama bu problemləri dilə gətirməklə yanaşı həyatlarını təhlükəyə atan yaxşı polis məmurlarının da az olmadığını və onlara hörmət duyduğunu bildirib.

Xəbər lenti
0