04:57 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
43 0 0

Türkiyə Prezidenti: "Savadlı, ixtisaslı suriyalı qaçqınların əməyindən və qabiliyyətindən ölkənin sənaye bölgələrində istifadə edilə bilər"

BAKI, 5 iyul — Sputnik. "Suriyalı qaçqınlar arasında yüksək ixtisaslı insanlar, mütəxəssislər var. Bizim də onlara qiymət vermək imkanımız var. Türk xalqı ilə eyni dəyərlərə sahib bu insanlardan həm biz istifadə edərik, həm də onlar qeyri-insani vəziyyətdən xilas olarlar".

Sputnik Türkiyə NTV-sinə istinadən xəbər verir ki, bunu bayram namazı sonrasında prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Ərdoğan Suriya və İraqdan olan qaçqınlara Türkiyə vətəndaşlığı verilməsinin faydalarından danışıb.

Rəcəb Tayyip Ərdoğan və xanımı Əminə Ərdoğan AKP tərəfdarları qarşısında. 31 mart 2014
© AFP 2020 / ADEM ALTAN

"Savadlı, ixtisaslı suriyalı qaçqınların əməyindən və qabiliyyətindən ölkənin sənaye bölgələrində istifadə edilə bilər", — deyə prezident əlavə edib.

Bundan başqa Ərdoğan, İstanbulda Atatürk Hava Limanında törədilən terror atkı ilə bağlı 30 nəfər şübhəlinin həbs olunduğunu söyləyib: "Onların arasında Dağıstan, Qırğızıstan, Tacikistandan olanlar da var. Təəssüflər olsun ki, Şimali Qafqaz respublikalarından olanlar da onların arasındadır. Hadisə tamamilə İŞİD üsulu ilə törədilib".

Rusiya və İsraillə münasibətlərin normallaşmasından sonra Misirlə də əlaqələrin düzəlib-düzəlməyəcəyi sualını cavablandıran Türkiyə prezidenti, iki məsələnin bir-birindən fərqli olduğunu bildirib: "Bizim Misir xalqı ilə problemimiz yoxdur. Əsas problem bu ölkənin hakimiyyətindədir. Məhəmməd Mursi (Misirin hərbi yolla devrilmiş prezidenti —red.) və onun tərəfdarlarına qarşı irli sürülən ittihamlar əsassızdır. Bu əsassız ittihamlara görə çıxarılan hökmləri qəbul etmirik. Belə bir zülmü qəbul etməyimiz mümkün deyil".

Əlaqədar

Ərdoğandan təhlükəli gediş: analitiklər "həyacan təbili" çalırlar
Putinlə Ərdoğan gələn ay Soçidə görüşə bilər
Ərdoğanla Obama İstanbul terrorunu aktını müzakirə ediblər
Ərdoğanla Putinin görüş yeri bəlli oldu
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Ərdoğan təcili toplantı keçirir
Teqlər:
Atatürk Hava Limanı, suriyalı qaçqınlar, vətəndaş, Ərdoğan, Türkiyə

Əsas mövzular